Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sudan ödənişli istifadə nədir və ya həyətinizdəki quyuya görə ödəniş varmı?

Bir neçə gün öncə, “Sudan ödənişli istifadə Qaydaları”na qaydasına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlər həyata keçirməldir. Bu dəyişikliklər vətəndaşlarda müəyyən narahatlıqlara səbəb olub.

“Azərbaycanın su ehtiyyatları 27 kub kilometrdir. Yerüstü su ehtiyyatları dedikdə, göllər, çaylar, su anbarları, buzlaqlar nəzərdə tutulur. Ölkənin şirin su ehtiyyatının 70 faizi ölkə xaricində formalaşır” - Bu barədə Bizimyol.info xəbər portalına ekoloq Vaqif Əliyev danışıb. O, qeyd edib ki, yerüstü su ehtiyatlarının 20 kub kilometri transsərhəd çayların, 10 kubkilometri isə, yerli çayların hesabına formalaşır. Mütəxəssis qeyd edib ki, əsas su mənbəyi hesab edilən Kür və Araz çayları ölkəyə daxil olana qədər müxtəlif kimyəvi elementlərlə çirklənir. Bu zaman suyun tərkibinə mis, titan, manqan, fenolar və digər ağır metallar qarışır. Onun sözlərinə görə, ölkədə 140-dan çox su anbarı var. Bura Mingəçevir, Şəmkir, Araz, Sərsəng və s. aiddir.

Mütəxəssis bildirir ki, dünyanın bütün ölkələrində sudan istifadə pulludur: “Son dövrlərdə iqlim dəyişmələri, qlobal istiləşmə su ehtiyyatlarını azaldır. Amma müşahidələr göstərir ki, su ehtiyatlarının azalmasına baxmayaraq insanlar sudan sui istifadə edirlər. Yəni bu bütün dünyaya aiddir. Bəzi ölkələrdə su qıtlığı, quraqlıq yaşanır. Bəzi ölkələrdə içməli su demək olar ki, yox səviyyəsindədir. Təbii ki, bu problemi aradan qaldırmaq üçün müəyyən tədbirlər görülür. Azərbaycanda da, xüsusən suvarma sahəsində sudan sui istifadə halları var. Belə ki, bəzi əkin sahələri hələ də dədə-baba qaydası ilə suvarılır. Bu isə su itkisidir. Eləcə də, bir çox işbazlar vardı ki, göllərə, şaylara nasoslar qoyub, bu sudan istifadə edirdi”,- deyən ekspert bildirir ki, bu kimi halların qarşısını almaq üçün tətbiq edilən sudan istifadə qaydaları, suyun pullu olması normaldır. Onun sözlərinə görə, sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına xidmət edəcək.

Qeyd edək ki, yeni qaydalara görə, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödəniş edəcək. Ancaq bu ödəniş hələ müəyyən edilməyib. Suyun qiymtləri də tərkibinə, keyfiyyətinə, təyinatımna görə, müəyyən ediləcək.

Xatırladaq ki, sudan istifadə qaydaları müəyyən edildikdən sonra sosial şəbəkə istifadəçiləri həyətlərdə olan su quyularına görə, pul alınacağı ilə bağlı müəyyən fikirlər səsləndirir, bunu qəbul etmək istəmirdilər.

“Sudan ödənişli istifadə Qaydaları”na edilən dəyişikliklər bir çox insanı narahat etsə də, qeyd etməliyik ki, fərdi həyatyanı sahələrdə quyuların qazılması və sudan istifadə ödənişsizdir. Yəni vətəndaş şəxsi həyətində quyu qazdıra və suyundan pulsuz istifadə edə bilər.

Həmçinin qeyd edək ki, hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə məsələn: çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s. ödənişsizdir. Yəni qaydalardan belə görünür ki, ödəniş ancaq xüsusi texniki vasitələrlə sudan istifadə edənlərə tətbiq ediləcək ki, bu da normaldır. Beynəlxalq təcrübədə də sudan bu şəkildə istifadə pulludur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »