Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belqoroddakı neft bazasını Ukraynanın helikopterləri vurub - Video
Belqoroddakı neft bazasını Ukraynanın helikopterləri vurub - Video

Bu gün Belqoroddakı yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin Rusiya ərazisinə daxil olaraq neft bazasına aviazərbə endirməsi nəticəsində baş verib.

Bizimyol.info xəbər verir ki, bunu vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

"Neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur", - Qladkov yazıb.

O, həmçinin bildirib ki, neft bazasında baş verən yanğınla əlaqədar yanacaqdoldurma məntəqələrində yanacaq tədarükü qaydaları dəyişdiriləcək.

"Neft bazasında baş vermiş böyük yanğınla əlaqədar olaraq biz yanacaqdoldurma məntəqələrində yanacaq təchizatının logistik bağlantıları dəyişdirilməsi ilə məşğuluq. Vəziyyət stabildir. Yanacaq qıtlığı olmayıb, olmayacaq. Yanacaqdoldurma məntəqələrində növbələr görürəm, ona görə də Belqorod sakinləri üçün məlumatı bir daha dəqiqləşdirirəm. Bütün benzin tədarükçüləri adi qaydada işləyirlər. Hamının öz imkanları, bazaları və öz təchizatı mənbələri var. Regionlarda 15-18 üçün gün yanaca ehtiyatı var. Rayonlarda yanacaqla bağlı problem yoxdur və olmayacaq”, - deyə o yazıb.

Qladkovun qeyd etdiyi kimi, "Rosneft"in bölgədə iki tank parkı var: Belqorod və Qubkində. "Hazırda "Rosneft" Qubkindəki bazadan ehtiyatları region üzrə yenidən bölüşdürür. Yenidən bölüşdürməni nəzərə alaraq, onların bütün yanacaqdoldurma məntəqələrinin 5-13 gün müddətində işləməsi üçün kifayət qədər ehtiyatları olacaq", - o əlavə edib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Belqorodda panikaya düşən sakinlər benzin alırlar. Onlar şəhəri tərk etməyə çalışırlar.

Təsdiq olunmayan məlumata görə, şəhərin çıxışlarında postlar qurulub, 18-65 yaşlı kişilər şəhərdən kənara buraxılmır.

Qeyd edək ki, bu gün səhər Moskva vaxtı ilə saat 05:51-də Belqorodda, Konstantin Zaslonov küçəsi 90, "Belqorodnefteprodukt" ASC-də yanğın olması barədə məlumat daxil olub. Yanğın neft anbarındakı yanacaq çənlərini bürüdü, yanğına artan mürəkkəblik dərəcəsi verildi. Rayon rəhbərinin sözlərinə görə, iki fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, onların həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »