Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya ordusu uduzduğu yerlərdən qaçıb zəif nöqtələrimizi axtarır” - Zelenski
“Rusiya ordusu uduzduğu yerlərdən qaçıb zəif nöqtələrimizi axtarır” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə hücumları və son vəziyyətlə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın 3-5 gün ərzində Ukraynanı ələ keçirəcəyini düşündüyünü bildirən Zelenski, “Donbassda 8 illik müharibədən sonra milli müdafiəmizin 36-cı günü başa çatdı” ifadələrini səsləndirib.

“Zamanın necə uçduğunun fərqinə belə varmırıq. Bizim üçün hər gün və hər gecə eynidir. Mart və fevralın son 5 günündə müxtəlif istiqamətlərdən hava, quru və dəniz yolu ilə işğalçılar evimizə daxil olmağa çalışırlar. Üç-beş gün dedilər. Düşündülər ki, bu, bütün dövlətimizi ələ keçirmələri üçün kifayət edər. 36 gündür ki, ayaqdayıq və mübarizəmizi davam etdirəcəyik.

Rusiya zəif olduğumuz yerə hücum edə bilər”,- deyə Zelenski bildirib.

İşağlçıların bəzi bölgələrdən çıxarıldığını, lakin yenə də ehtiyatlı olduqlarını bildirən Zelenski söyləyib ki, “Silahlı Qüvvələrimiz, Milli Polisimiz, Milli Qvardiyamız və kəşfiyyatımız yaxşı vəziyyətdədir”.

“Onlara öz təşəkkürümü bildirirəm. Kiyevin şimalında, Çerniqovda, Sumi rayonunda işğalçıların çıxarılması davam edir. Amma başa düşməliyik ki, bu, Rusiya ordusunun taktiki manevridir. Onların nə planlaşdırdıqlarını, nə etdiklərini bilirik. Biz bilirik ki, bizim onlar üzərində qələbə qazandığımız yerdən uzaqlaşırlar və diqqətlərini digər əsas məqamlara yönəldirlər. Bizim üçün çətin ola biləcəyi yerlərə. Ona görə də hər kəs diqqətli olmalıdır. Qarşıda müharibələr olacaq. İstədiyimiz hər şeyi əldə etmək üçün hələ çox çətin yolumuz var".

Bundan əlavə Zelenski çıxışı zamanı Ukraynada Rusiyaya işləyən əsgər və kəşfiyyatçıların olduğuna eyham vuran fikirlər də səsləndirib.

“Həmişə olduğu kimi, düşünmədən qəhrəmanlarımızı mükafatlandıran fərman imzaladım. Ukrayna Müdafiə Nazirliyinin 136-cı Əsgərinə təşəkkür edirəm. Bu gün daha bir çətin qərar verildi. Bütün satqınlarla məşğul olmağa vaxtımız yoxdur. Amma yavaş-yavaş hamısı cəzalandırılacaq. Məhz buna görə də Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Andrey Olehoviç Naumov və Xerson vilayəti üzrə SBU-nun keçmiş rəisi Sergey Oleksandroviç Krivoruçko artıq general deyillər. Ukrayna Silahlı Qüvvələrinin İntizam Məcəlləsinin 48-ci maddəsinə əsasən, vətəninin harada olduğunu qərarlaşdıra bilməyən rəhbər şəxslər və zabitlər rütbələrindən məhrum ediləcəklər. Mühafizə xidmətinin əsl qəhrəmanlarına təşəkkür edirəm”.

Zelinski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olduğunu da qeyd edib.

“Bu gün prezident Ərdoğanla da danışdım. Bu, çox konkret görüş idi. Xüsusən də Türkiyədə Rusiya ilə aparılan danışıqlarla bağlı. Həm də dövlətimiz üçün səmərəli təminat sisteminin yaradılması haqqında. Biz həmişə təhlükəsizlik baxımından ehtiyac duyduğumuz real təminata yaxınıq.

Mən Türkiyəyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq istəyinə görə minnətdaram”,- deyə çıxışına əlavə edib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »