Pakistanın baş naziri İmran Xan bazar günü keçirilməsi gözlənilən etimadsızlıq səsverməsi ərəfəsində istefa verməyəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki bu barədə "aljazeera" məlumat verib.
Bildirilir ki, 69 yaşlı Xan çərşənbə günü əsas müttəfiqinin koalisiyasından çıxması ilə parlamentdəki çoxluğunu itirdi, bu da müxalifətə onu çıxarmaq üçün lazım olan 342 yerlik palatada 172 səs qazanmağına çətinlik yaradıb.
Müxalifət Baş naziri yüksək inflyasiya və zəifləyən valyuta fonunda onu korrupsiyada və iqtisadi səhv idarəçilikdə ittiham edib.
Pakistan Xalq Partiyasının (PPP) sədri Bilawal Bhutto Zardari cümə axşamı jurnalistlərə deyib ki, “Xan üçün yalnız bir şərəfli çıxış yolu var, o da istefa verərək hakimiyyədən könüllü getməsidir”.
Lakin Xan cümə axşamı günü xalqa canlı müraciəti zamanı istefaya çağırışlarını rədd edib. "Bunlar xarici dövlətlərin oyunudur. Lakin mən son ana qədər mübarizə aparacağam", - deyib.
Xan həmçinin ABŞ-ı Pakistan müxalifəti ilə onu ölkədən çıxarmaq üçün sui-qəsddə günahlandırıb. O deyib ki, müstəqil xarici siyasət yeritdiyi və Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiyaya səfər etdiyi üçün Vaşinqton ölkə müxalifətinə dəstək verərək onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyir.
Çərşənbə günü Xanın Pakistan Təhrik-e-İnsaf (PTI) başçılıq etdiyi hökumət, xarici nümayəndəlikdən alınan diplomatik mesajda onun hökumətini devirmək planının hazırlanmasını üzə çıxardığını söyləyib. Xan bildirib ki, sənəddə: “İmran Xan baş nazir olaraq qalsa, əlaqələrimiz pozulacaq və siz çətinliklərlə üzləşəcəksiniz”, - deyə xəbərdarlıq edilib.
Xan: "Mən heç vaxt bu sui-qəsdin uğur qazanmasına imkan verməyəcəyəm, nə olursa olsun", - deyə qeyd edib.
Qadir, Bizimyol.info