Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: Minalar on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir
Hikmət Hacıyev: Minalar on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir

Aprelin 1-də Bakıda keçirilən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxışı zamanı deyib ki, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir.

“Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »