Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İMQ Yəhud və Samariyada əməliyyat keçirir
İMQ Yəhud və Samariyada əməliyyat keçirir

Martın 31-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin əsgərləri Yəhud və Samariyada xüsusi əməliyyat keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Şübhəlilərin tutulması əməliyyatı, o cümlədən Ceninin qərbində, Beyt Fəcrdə və Ramallah yaxınlığındakı bir sıra digər şəhərlərdə, eləcə də Hebron sənaye zonasında həyata keçirilib.

Tarkumiyada sorğu-sual aparılıb, Neve Daniel qovşağında bıçaqla hücum edən terrorçunun evində axtarış aparılıb. Əməliyyat zamanı 50-yə yaxın fələstinli iğtişaşlar törədib. Onlar təhlükəsizlik qüvvələrinə daş atıblar.

Reşet Betin sözlərinə görə, İMQ Yəhud və Samariyada terrorda şübhəli bilinən şəxslərin saxlanmasını həyata keçirib.

Xatırladaq ki, martın 31-də Yəhudeyada Neve Daniel qovşağında silahlı terrorçu avtobusda olan sərnişinə hücum edib. Zərərçəkmiş ağır yaralanıb. O, Şaare Zedek xəstəxanasına yerləşdirilib.

Daha iki nəfər də yaralanıb. Terrorçu məhv edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »