Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Qərargah: Rusiya qoşunları Kiyevdən geri çəkilir, oğurladıqları əmlakı da aparırlar
Baş Qərargah: Rusiya qoşunları Kiyevdən geri çəkilir, oğurladıqları əmlakı da aparırlar

Ukrayna müdafiəçiləri gün ərzində Donetsk və Luqansk istiqamətində düşmənin 7 hücumunu dəf ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 1-i saat 06:00-a olan əməliyyat məlumatında məlumat verir.

“Birləşmiş Qüvvələrin Donetsk və Luqansk istiqamətində qruplaşması bir sutka ərzində düşmənin 7 hücumunu dəf edib. Əsgərlərimiz 3 tank, 2 zirehli transportyor, 2 texnika və 2 artilleriya sistemini sıradan çıxarıb. “Orlan-10” tipli PUA da vurulub”,- deyə məlumatda qeyd edilit.

Baş Qərargah həmçinin bildirir ki, Rusiya işğalçı qüvvələri bölmələrinin Kiyev vilayətinin şimalından Belarus Respublikası ilə dövlət sərhədinə qismən çıxarılması davam edir.

“Müxtəlif sayda avadanlıqların qarışıq kolonlarının hərəkəti qeydə alınır. Kolonlarda ərazilərin müvəqqəti işğalı zamanı Rusiya işğalçıları tərəfindən oğurlanmış mülki nəqliyyat vasitələri (yük maşınları, avtobuslar, mikroavtobuslar, minik avtomobilləri) da var idi. Bundan əlavə, düşmən talan edilmiş əmlakın çıxarılmasını həyata keçirir”,- Baş Qərargahdan bildiriblər.

Onlar həmçinin qeyd edirlər ki, müvəqqəti işğal olunmuş ərazilərdə düşmən öz qanunsuz əməllərini davam etdirir, mülki əhalinin gediş-gəlişini məhdudlaşdırır, şəxsi heyətin yerləşdirilməsi üçün yerli sakinlərin ev və mənzillərindən istifadə edir, yerli sakinləri və fəalları girov saxlayır.

Qeyd edək ki, dünən "Azov" alayının döyüşçüləri Mariupolda baş verən qarətlər barədə məlumat vermişdilər.

“Biz bilirik ki, şəhərin müvəqqəti işğal olunmuş ərazilərində bu cinayətkarlar mülki şəxslərin mənzillərini qarət edir, şəhər sakinlərini öldürür və zorlayırlar. Putinin muzdlularından birində ABŞ dolları və çoxlu sayda müxtəlif qızıl bəzək əşyaları, o cümlədən müxtəlif ölçülü nişan üzükləri aşkar edilib. “Azov” döyüşçülərinin Putinin muzdlularından tapdıqları bütün qiymətli əşyaların sahibləri müəyyən olunarsa, onlara qaytarılacaq və ya Rusiya işğalçılarından tapılan vəsaitlə Mariupoldan olan qaçqınlara yardım edəcəklər”,- deyə döyüşçülər bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »