Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Mariupol-Zaporojye humanitar dəhlizini açacaq
Rusiya Mariupol-Zaporojye humanitar dəhlizini açacaq

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun Rusiya prezidenti Vladimir Putinə müraciəti əsasında Rusiya aprelin 1-də Mariupoldan Zaporojyeyə humanitar dəhliz açacaq.

Bizizmyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.

“Fransa Prezidentinin və Almaniya Federal Kanslerinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə şəxsi xahişi ilə aprelin 1-də Moskva vaxtı ilə saat 10:00-dan etibarən Rusiya Silahlı Qüvvələri Mariupoldan Zaporojyeyə humanitar dəhlizi açır.

Bu humanitar əməliyyatın uğurla həyata keçirilməsi üçün onun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilməsi təklif edilir”, - deyə Mizintsev bildirib.

O vurğulayıb ki, Rusiya israrla Kiyev hakimiyyətini bu bəyanatı aprelin 1-i Moskva vaxtı ilə saat 03:00-a qədər Ukrayna KİV-lərində dərc etməyə, xarici səfirliklərin, BMT-nin, ATƏT-in ixtisaslaşmış strukturlarının nümayəndələrini göstərilən vaxta qədər xəbərdar etməyə çağırır. Humanitar əməliyyat haqqında məlumatın Beynəlxalq Qızıl Xaç Komitəsi və Ukrayna ərazisində yerləşən digər beynəlxalq təşkilatlar bütün mövcud informasiya resursları, o cümlədən Ukrayna KİV-ləri vasitəsilə yayılmasını istəyib.

Rusiya Federasiyası həmçinin Moskva vaxtı ilə saat 06:00-dan başlayaraq bütün rabitə kanalları, kütləvi informasiya vasitələri vasitəsilə mülki şəxsləri, əcnəbi vətəndaşları toplanma yerləri və humanitar dəhlizin açılması barədə xəbərdar edilmələrini istəyib. Əhalinin bütün mərkəzləşdirilmiş məlumatlandırma və xəbərdarlıq sistemlərindən istifadə etməyə çağırır.

Digər tələb isə Moskva vaxtı ilə saat 06:00-a qədər Rusiya tərəfinin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi, BQXK, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələrinin evakuasiyaya hazır olmaları. Eyni zamanda, yaradılan şəraitə ciddi əməl olunması barədə yazılı bildiriş göndərilməsidir. Mülki əhalinin və əcnəbi vətəndaşların təxliyyəsinə hazırlıq və faktiki olaraq atəşkəs rejiminin başlanmasına dair qarşılıqlı məlumat mübadiləsi üçün Rusiya ilə Ukrayna tərəfləri Moskva vaxtı ilə saat 09:00-dan etibarən göstərilən marşrut üzrə humanitar dəhliz yaradılması və fasiləsiz rabitənin yaradılması.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »