Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Zelenski-Putin arasında gözlənilən görüş barədə açıqlama
Ərdoğandan Zelenski-Putin arasında gözlənilən görüş barədə açıqlama

"Rəsmi Ankara Rusiya və Ukrayna prezidentlərinin erkən görüşünün tarixini razılaşdırmağa ümid edir".

Bizimyol.info xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Prezidentlər Vladimir Putin və Vladimir Zelenski ilə yeni danışıqlar məsələsində qərarlıyam. Məqsədimiz ən qısa zamanda Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etməkdir. Bu barədə hər iki liderə açıq şəkildə deyəcəyəm",- deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti ümid etdiyini bildirib ki, Putin və Zelenskinin yaxın zamanda görüşünün tarixini razılaşdırmaq mümkün olacaq. "Biz lazımi platformanı təqdim etməyə hazırıq. Putin və Zelenskinin Türkiyəyə olan etimadına əsaslanaraq, vasitəçiliyin müsbət nəticəsinə ümid edirik",- deyə o vurğulayıb.

Ukraynanın təhlükəsizliyinə təminat mövzusuna toxunan prezident qeyd edib ki, Türkiyə qarant ölkələrdən birinə çevrilməyə hazırdır. Ankara belə bir təşəbbüsü müsbət qarşılayır, lakin ətraflı təhlilə ehtiyac olduğunu bildirib.

Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara qan tökülməsinə və müharibəyə tez son qoyulacağını gözləyir. "Eyni zamanda, müvəqqəti atəşkəsin təmin edilməsi vacibdir", - deyə o qeyd edib.

Bundan başqa, Ərdoğan Ukraynanın Avropa İttifaqına qəbulu məsələsinə şübhə ilə yanaşdığını bildirib.

“Çünki bir sıra ölkələr istisna olmaqla, bir çox Aİ ölkələri bu prosesə - Kiyevin müraciətinə daha ciddi yanaşmalıdır. Eyni zamanda, məndə olan məlumatlara görə, Rusiya Federasiyasının prezidenti Ukraynanın Aİ-yə üzvlük məsələsini müsbət qarşılayıb. Putinlə söhbət zamanı mən bunu şəxsən ondan eşitməyə çalışacağam ki, bu da bizə daha aydın təhlil aparmağa imkan verəcək”,- Ərdoğan bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »