Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvan gömrükçülərindən uğurlu əməliyyat
Naxçıvan gömrükçülərindən uğurlu əməliyyat

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində daha bir uğurlu əməliyyat həyata keçirilib. Narkotik qaçaqmalçılığı faktı Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına gedən İran İslam Respublikası vətəndaşının idarə etdiyi 37E82710 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən ümumi çəkisi 5 kiloqram 180 qram olan narkotik vasitə-tiryək aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »