Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TN: Naxçıvanda məktəbin çökməsi, şagird və müəllimlərin ölməsi xəbəri yalandır
TN: Naxçıvanda məktəbin çökməsi, şagird və müəllimlərin ölməsi xəbəri yalandır

Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumatlara münasibət bildirib.

Bizimyol.info xəbər verir, nazirlikdən verilən məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »