Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Beynəlxalq hüququn prinsiplərinə əsasən bu, Azərbaycanın təkzibolunmaz hüquqlarıdır"
"Beynəlxalq hüququn prinsiplərinə əsasən bu, Azərbaycanın təkzibolunmaz hüquqlarıdır"

“Azərbaycanın işğal altından azad etdiyi ərazilərdə mütəmadi olaraq kütləvi məzarlıqlarla bağlı faktlar aşkarlanır. Artıq dünya ictimaiyyəti erməni kimliyini, Azərbaycan torpaqlaırnı işğal altında saxladığı 30 il ərzində hansı barbar, vandal hərəkətləri etdiyinin dəqiq şahididir. Erməni xarakterindən, erməni milli kimliyindən irəli gələn bu cinayət tərkibli addımlar artıq dünya təkzib olunmaz faktlara çevrilib”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Anar Əliyev hesab edir ki, ermənilərin törətdiyi bu cinayət xarakterli addımlar, etdikləri hərəkətlər, həm də erməni mahiyyətini və uzun onilliklərə, yüzilliklərə söykənən rəsmi və dini ideologiyalaırna çevrilmiş Türk düşmənçiliyindən irəli gəlir. Erməni faşizmi Türk və azərbaycanlılara qarşı uzun onilliklər ərzində erməni rəsmi ideologiyası insanlarını, körpələrini harda Türk, harda müsəlman gördünsə onu bütün mümkün imkanlardan istifadə edərək, öldürməyə çağırıb.

Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Bu həm də insanlığa-bəşəri dəyərlərə qarşı cinayət olmaqla yanaşı, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Həm də Ermənistanın özünü beynəlxalq hüquqdan üstün tutmasının nəticəsidir. Ermənilərin işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqları və mina xəritələrini təqdim etməmələri növbəti dəfə beynəlxalq münasibətə, beynəlxalq hüquqa qarşı laqeydliyini və özünü beynəlxalq hüquqdan daha üstün tutduğunu nümayiş etdirir” - deyən A.Əliyev bildirib ki, Azərbaycan hökümətinin düşünülmüş, ağıllı və nəticəyönümlü siyaəsi nəticəsində ermənilər bir çox addımları, eyni zamanda üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətində qaldığı kimi toplu məzarlıqlar və dəqiqləşdirilmiş mina xəritələri bağlı adekvat addım atmaq məcburiyyətində qalacaq və bu istiqamətdə müəyyən addımlar atacaqlar.

Politoloq hesab edir ki, kütləvi məzarlıqlar və mina xəritələri ilə bağlı məlumatlar verildikdən sonra, Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı haqlı olaraq qaldıra biləcəyi iddialar Ermənistanı narahat edir. Ermənilər bilirlər ki, onlar kütləvi məzarlıqlar və dəqiqləşdirilmiş mina xəritələrini təqdim edərlərsə, Azərbaycan Ermənistana qarşı iddialar qaldırıb, kütləvi və böyük həcmli təzminatlar tələb edə bilərlər.

“Beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn prinsiplərinə əsasən bu, Azərbaycanın təkzibolunmaz hüquqlarıdır. Azərbaycan bu hüquqlarından istifadə etməlidir və edəcəkdir” - deyən politoloq qeyd edir ki, Ermənistan mümkün varinatlardan istifadə etməklə bu oyunları oynamağa və bu prosesləri uzatmağa çalışacaq. Azərbaycanın xüsusilə Türkiyə ilə birgə kordinə olunmuş ağıllı siyasətinin və Cənubi Qafqazda baş verən proseslərdə Ermənistanın davamlı şəkildə kənarda tutmağımızın nəticəsi olaraq Ermənistan gec-tez düzgün yola gəlmək və bu istiqamətdə Azərbaycanın tələblərlə razılaşıb, zəruri sənədləri təqdim etmək məcburiyyətində qalacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »