Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu vəziyyət Ermənistanın və himayədarının əsl niyyətini anlamağa kifayət edir"
"Bu vəziyyət Ermənistanın və himayədarının əsl niyyətini anlamağa kifayət edir"

"İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli bəyənatın və digər oxşar iki bəyənatların imzalanmasında kifayət qədər müddət keçməsinə baxmayaraq Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməməsi ciddi narahatlıq doğurur. Qarabağ ərazisində erməni separatçıların hələ də qalması, iki ölkə arasında demarkasiya və delimitasiya məsələlərinin həll olunmaması, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanımaması, hətta işğalçılıq meyillərini davam etdirməsi, vaxtaşırı hərbi təxribatlar həyata keçirməsi, regionda təhlükəsizliyin təmin olunmasına maneə törədir".

Bu barədə Bizimyol.info xəbər portalına danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov bildirib ki, bunun əsas səbəbi kimi Ermənistan hakimiyyətinin məsuliyyətsiz davranışlarını hesab etmək olar. Amma digər səbəb kimi Rusiyanın da hüquqi baxımdan öhdəsinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməməsi ilə izah edə bilərik. Çünki, Rusiya özünün hərbi qüvvələrini Azərbaycan ərazilərində yerləşdirməsi separatçıların buradan çıxmasına paralel olaraq həyata keçirməli, iki dövlət arasında sülhün təmin olunması ilə bağlı adekvat addımlar atılmalı idi:

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov

“Təəssüf ki, müharibənin başa çatmasından bu günə qədər Rusiya tərəfindən separatçıların Qarabağdan çıxarılması, regionda sülhün və təhlükəsizliyin tam təmin olunması, iki ölkə arasında sülh müqaviləsinin bağlanması ilə bağlı hər hansı addımın atılması müşahidə olunmur. Əksinə erməni separatçılarının təxribatlarına rus hərbi birləşmələrinin seyrçi qalmaları, hər hansı qabaqlayıcı addımlar atmamaları vəziyyəti gərginləşdirir. Hətta, Azərbaycan Ordusunun bəyənatların müddəalarına uyğun olaraq qanuni davranışları, Fərrux kəndində Azərbaycanın suverenliyini bərpa etməsi belə Rusiyanın hərbi-siyasi hakimiyyəti tərəfindən kəskin etirazla qarşılandı. Qəribə görünən bu vəziyyət əslində Ermənistanın və onun himayədarının əsl niyyətini, Azərbaycana olan gerçək münasibətini anlamağa kifayət edir”.

Təsadüfi deyil ki, suverenliyini böyük mənada təmin etmiş Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirmək şansları Rusiyanı narahat edir. Xüsusilə də, Ukrayna müharibəsində Rusiyaya alternativ olaraq qərbin enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardan biri kimi Azərbaycanın rolununun artması bu narahatlığı dərinləşdirir.

Politoloq qeyd edir ki, son günlərdə Qarabağda separatçıların hərbi gərginliyi artırmasını, Rusiyanın müharibədəki uğursuzluğunun regionda nəzarətin zəifləyəcəyinə səbəb ola biləcəyindən ehtiyatlanaraq rusmeyilli qüvvələrdən istifadə etməklə vəziyyəti qoruyub saxlamaq cəhdi kimi qiymətləndirmək olar. Habelə, Rusiya Dumasının üzvünün “Azərbaycanı bombalamalıyıq” kimi sərsəm təklifi Rusiyanın siyasi maraqlarına zidd hərəkət və məsuliyyətsizlik olduğu bildirilsədə, bunun dolayısı ilə Rusiyanın Azərbaycanın rolunun artmasından ciddi narahatlıq keçirdiyini açıq formada biruzə verməsi ilə izah etmək olar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »