Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“31 Mart azərbaycanlılar üçün heç bir zaman unudulmayacaq bir tarixdir"
“31 Mart azərbaycanlılar üçün heç bir zaman unudulmayacaq bir tarixdir"

Bu gün 1918-ci il Martın 31-də erməni-bolşevik qüvvələri tərəfindən Azərbaycanlılara qarşı vəhşicəsinə törədilmiş soyqırım törədildi. Minlərlə azərbaycanlı qətlə yetirən düşmənin məqsədi Bakını viran qoymaq, azərbaycanlıları isə məhv etmək idi. Və istəyinə də nail ola bilirdi. Təkcə Bakıda deyil, digər ərazilərdə də erməni-bolşevik dəstələri azərbaycanlılara divan tuturdu. Şamaxıda məscidə sığınan insanlar belə diri-diri yandırılırdı. Yəni qəddar düşmən üçün əsas hədəf azərbaycanlılar məhv etmək idi. Bu gün həmin hadisədən 104 il keçir. Biz məhv olmadıq. Bəlkə bir əsr əzildik, qətlə yetirildik, hüquqlarımız tapdandı. Amma bizi məhv edə bilmədilər. Gec də olsa, biz öz haqlarımızı müəyyən qədər əldə edə bildik.

“31 Mart tarixi azərbaycanlılar üçün heç bir zaman unudulmayacaq bir tarixdir. Bu ermənilər tərəfindən Azərbaycana qarşı xüsusi qəddarlıqla törədilmiş Azərbaycanlıların soyqırımı günüdür. Tarixə nəzər salsaq, 1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı qüvvələri tərəfindən Bakıda və digər şəhərlərdə xüsusi qəddarlıqla qırğınlar soyqırımlar törədilib və 10 minlərlə dinc sakin dini və etnik mənsubiyyətinə görə qətlə yetilirilib”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan deputat Nigar Arpadarai bildirib ki, bu qırğınlar təkcə Bakıda deyil, İrəvanda, Qubada, Zəngəzurda, Şamaxıda və digər bölgələrdə həyata keçirilib. O, qeyd edir ki, azərbaycanlılar hər zaman xatırlamalıdır ki, erməni siyasi sistemi ksenofobiya, şovinizm, erməni xalqının digər xalqlardan üstün olması, irqçilik prinsiplərinə əsaslanır. Bu isə böyük bir problemdir.

Nigar Arpadarai Nigar Arpadarai

“Biz qəbul etməliyik ki, həm 31 Mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırım, həm Xocalı soyqırımı həmin o siyasətin tərkib hissəsidir” - deyən Arparadari təəssüflə bildirir ki, həmin siyasət hələ də davam edir. Ermənistan öz qəhrəmanı olan Garigen Nijdehə hələ də heykəllər qoyur, filmlər çəkir. Bu ideologiyanı hələ də davam etdirir. 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərində dinc əhalini məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirməsi də bu ideologiyadan irəli gəlirdi.

“Biz bu ideologiyanın olduğunu bilməliyik. Azərbaycanlılara qarşı törədilən bütün cinayətlərin mütləq olaraq bütün platformalarda həm hüquqi yollarla, həm də diplomatik yollarla, həm diaspora yolu ilə, həm ictimai diplomatiya vasitəsilə çatdırmalıyıq. Artıq buna dünya göz yuma bilməz və yummamalıdır” - deyə deputat bildirib.

P.S. Çox maraqlıdır ki, qondarma erməni soyqırımını tanıyan dünya ölkələri Azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırımını əsaslar və faktlar olmasına baxmayaraq, hələ də qəbul etmək istəmir. Biz ümid edirik ki, 44 günlük müharibədə haqqımız sökə-sökə aldığımız kimi, azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilən vandalizm və barbarlığı bütün dünya ölkələrinə tanıda biləcəyik. Ən azından indi biz qalib, beynəlxalq ictimaiyyət qarşısında sözünü deyən bilən ölkəyik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »