Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramazanda düzgün qidalanma necə qurulmalıdır...
Ramazanda düzgün qidalanma necə qurulmalıdır...

Bu il Ramazan ayı elə bir aya təsadüf edib ki, oruc tutanlar istidən və susuzluqdan bir o qədər də təsirlənməyəcəklər. Qidalanmaya gəldikdə, çox zaman oruc tutanlar imsak və iftar zamanı o qədər çox yeyir ki, bu sonradan onların səhhətinə zərər verir.

Adından da qeyd edildiyi kimi, Ramazan ayı orucluq ayıdır. Yəni bu ayda gündə iki dəfə yemək yemək və orqanizmi təmizləmək, qısası sağlam qidalanmaq lazımdır. Mütəxəssislərin fikrincə, Ramazan ayı ərzində ağır qidalar qida rasionunda azaldılmalıdır.

Dietoloq Aynurə Məmmədova Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bəzən oruc tutanlar səhər yeməyinə qalxmaq istəmir və bir tək axşam iftar yeməyi ilə idarə edir. Bu isə sağlamlıq üçün çox zərərlidir. Çünki səhər yeməyini yeməmək aclıq saatını uzadır. Bu isə şəkərin düşməsinə və baş ağrılarına səbəb ola bilər. Eyni zamanda uzun müddət ac qalmaq qəbizlik probleminin də ortaya çıxmasına səbəb olur. Buna görə də Ramazan ayında bol lifli qidalar seçmək və səhər-axşam qidalanmaq önəmlidir.

“Çalışın ki, meyvə-tərəvəz qəbul edəsiniz. Çörək seçimi zamanı isə kəpəkli çörəyə üstünlük verin. Qəbizlik problemi yaşamamaq üçün səhər və axşam - imsak və iftar zamanı bol su için. Su ilə yanaşı meyvə şirəsi, kompotlar da qəbul edin”,- deyə dietoloq bildirib. O, qeyd edib ki, Ramazan ayında yeməkləri bişirərkən çox yağlı bişirilən yeməklər əvəzinə buxarda, qaynama və sobada bişirilən yeməklərə üstünlük vermək lazımdır. Çünki belə yeməklər mədə ağrıları, mədə yanması və həzmsizlik probleminə səbəb olmur.

“İftarda mədənizi çox doldurmamağa çalışın. Yeməkləri yavaş və çeynəyərək yeyin. İmsak zamanı isə duzlu qidalardan uzaq olun. Çünki qəbul edilən duzlu qidalar susuzluğu artırır. Yağlı yeməklər, şərbətli şirniyyatlar, metobolizmanı yavaşladır və kökəlməyə səbəb olur. Bu qidalar həm də həzm sistemi problemlərinə də yol açır. İftarınızı quru xurma və ya quru əriklə aça bilərsiniz. İftarı açdıqdan dəqiqə sonra “sup” içməyiniz önəmlidir. Çünki bu qida, bütün gün ac qalmış mədənizi sakitləşdirəcək. Daha sonra ətli yeməklərdən yeyə bilərsiniz. Yeməkdən 1 saat sonra isə, şirniyyatla çay içmək olar” - deyə dietoloq bildirib.

Dietoloq qeyd edir ki, imsak zamanı süd, yumurta və pendirlə yanaşı tərəvəzli bulkalar yemək olar. Belə ki, Ramazan ayı boyunca həftədə 1-2 dəfə qırmızı ət, 1-2 dəfə balıq, 1-2 dəfə quru lobya, noxud qəbul etmək çox vacibdir.

İftardan 2 saat sonra bir neçə dəqiqə piyada gəzməyə çalışın. Bu yavaşlayan metobolizmanı sürətləndirəcək. Həftədə 2-3 dəfə şirniyat yeyin. Şirniyyat yerinə quru meyvələr, çərəzlər və ya meyvə yeyin. Ramazan ayı boyunca kökəlməmək və formada qalmaq üçün mütləq imsak zamanı yuxudan durub, qidalanmaq tövsiyyə olunur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »