Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin orduya çağırışla bağlı fərman imzalayıb - Səfərbərlik də olacaq...
Putin orduya çağırışla bağlı fərman imzalayıb - Səfərbərlik də olacaq...

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının yazda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, Prezidentin fərmanı bu gün rəsmi hüquqi informasiya portalında dərc edilib.

“2022-ci il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 27 yaşadək Rusiya Federasiyası vətəndaşlarının hərbi xidmətə çağırışı həyata keçirilsin. 134,5 min nəfər”, - sərəncamda deyilir. Bu, ötən ilin yazında Rusiya Silahlı Qüvvələrinə 134 650 nəfərin çağırıldığı ilə müqayisədə azdır.

Sərəncamda hərbi xidmət müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən xaric edilməsi də nəzərdə tutulur.

Çağırış çərçivəsində bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək Rusiya Federasiyası hökumətinə, regional hakimiyyət orqanlarına və çağırış komissiyalarına həvalə edilmişdir.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu mayın sonunda çağırışçıların qoşunlara göndərilməsinə başlamaq barədə göstəriş vermişdi. O vurğulayıb ki, yaz aylarında hərbi xidmətə yola salınan Rusiya vətəndaşları heç bir qaynar nöqtəyə göndərilməyəcək, ötən ilki yaz çağırışında olan bütün hərbi qulluqçular isə xidmət müddəti başa çatdıqdan sonra ehtiyata çıxarılaraq, yaşayış yerlərinə göndəriləcəklər.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna xüsusi xidməti orqanları bu çağırışla birlikdə ehtiyatda olan keçmiş hərbçilərin səfərbərliyə toplanacaqları barədə məlumat vermişdi. Qurum kəfiyyat məlumatlarına əsaslanaraq bildirirdi ki, kütləvi səfərbərliyin əhali arasında vahimə yaratmaması üçün prosesi həqiqi hərbi xidmətə çağırışla eyni vaxtda keçirmək planlaşdırılıb.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »