Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın böyük saytlarında problemlər yaşanır
Rusiyanın böyük saytlarında problemlər yaşanır

Rusiya və Ukrayna arasında baş verən müharibə bu iki ölkə ilə yanaşı bir çox dünya dövlətlərinə də təsirsiz ötüşməyib. İqtisadi, siyasi və s. məsələlərlə yanaşı bir çox ölkələrin internet sistemlərində, saytalarında da problemlərlə üzləşilib. Belə ki, bir neçə gündür ki, Azərbaycanda kifayət qədər istifadəçisi olan mail.ru portalında problemlərlə üzləşilir. Portalın açılışında ləngimələr, ara-ara dayanmalar müşahidə edilir.

Qeyd edək ki, Mail.Ru (mail.ru) Rusiya İnternetinin böyük kommunikasiya portalıdır. Portalın əsas xidməti [email protected] poçt xidmətidir (həmçinin 2012-ci ildən - My.com). Şirkət poçt xidmətindən əlavə, istifadəçilərə My World ( Мой МИР) sosial şəbəkəsi, oyunlar, kommersiya, naviqasiya və media xidmətlərini də təklif edir.

Mail.ru niyə işləmir? Tətbiqin “ERROR”u nə ilə bağlıdır?

İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, 30 mart tarixində Rusiyanın əksər hissəsində “mail.ru” tətbiqi işləməyib. Onun sözlərinə görə, uğursuzluqlar ölkənin bir çox şəhərlərində qeydə alınıb, lakin bu tək Rusiyada yox bütün mail.ru istifadəçilərində baş verib.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Server xətası hələ də davam etməkdədir və qisməndə olsa həll edilə bilmir. Düşünürəm ki, mail.ru -da baş verən xətalar daxili serverdən idarə edilir və insanların məlumat mübadiləsinə nəzarət etmək kimi məqsəd daşıyır. Bu tədbirlər müharibə şəraitində olan ölkənin informasiya təhlükəsizliyi qanunvericiliyinə zidd deyil.

Mütəxəssisin bildirir ki, o, ciddi problemlər olacağını düşünmür.

“Mail.ru şəbəkəsi necə deyərlər artıq öz əsrini başa vurmuş bir tətbiqdir. Vaxtı ilə Azərbaycanda kifayət qədər istifadəçisi olmuş mail.ru artıq son zamanlar, təxmini 5 ilə yaxındır ki, zəyifləmişdir. Səbəb isə olduqca sadədir. Gmail yaradılandan insanların bir çoxu prestijə önəm verdiyindən dərhal gmail yaratmağa həvəsləndilər. Bundan əlavə mobil cihazların qeydiyyatı belə Gmail ilə mümkün olmuşdur. Əlavə olaraq biznes, və diğər funksiyaları özündə birləşdirən xarici tətbiq, yüksək səviyyədə informasiya təhlükəsizliyi prinsiplərinə nəzarət edir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »