Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya kəşfiyyatı: Kiyev yaxınlığında şiddətli döyüşlər gözlənilir
Britaniya kəşfiyyatı: Kiyev yaxınlığında şiddətli döyüşlər gözlənilir

Yaxın günlərdə Rusiya ordusunun məhdud sayda bölmələrini geri çəkməsinə baxmayaraq, Kiyev yaxınlığında şiddətli döyüşlər baş verəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

"Rusiya işğalçı qüvvələri yeni döyüşlər üçün qüvvələrin cəmləşdirilməsini həyata keçirirlər. Düşmən paytaxt ətrafında məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Rusiya rəhbərliyinin məqsəd ordu birləşmələrini cəmləmək, Ukraynanın paytaxtına güclü həmlə etmək və şəhəri ələ keçirməklə ordudakı ruh düşkünlüyünü aradan qaldrmaqdan ibarətdir", deyə məlumatda bildirilir.

"Rusiyanın Çerniqov ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiya artilleriyası və raket zərbələri davam edir. Rusiya quru qoşunlarının ard-arda uğursuzluğun "əvəzini" raket - artileriya zərbəli ilə almağa çalışır", - deyə Britaniya kəşfiyyatının məlumatında qeyd edilir.

Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər davam edir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzinə nəzarəti davam etdirir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »