Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: “Bizdə məlumat var ki, Putin özünü aldadılmış hiss edib" - Video
ABŞ: “Bizdə məlumat var ki, Putin özünü aldadılmış hiss edib" - Video

Ağ Ev hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinə öz ordusu tərəfindən yanlış məlumatlar verilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "nbcnews" ABŞ kəşfiyyatına istinadən məlumat verib. Qeyd edilir ki, ordu rəhbərliyi ilə dövlət başçısı arasındakı gərginlik Putini bu qənaətə gəlməsindən sonra başlayıb.

ABŞ-ın yüksək rütbəli siyasi şəxsləri jurnalistlərə bildirib ki, Putinlə Müdafiə Nazirliyi arasında gərginlik dövlət başçısının ordu rəhbərliyinə “inamsızlığından” qaynaqlanır.

“Bizdə məlumat var ki, Putin özünü Rusiya ordusu tərəfindən aldadılmış hiss edib və bu, Putinlə onun hərbi rəhbərliyi arasında davamlı gərginliklə nəticələnib”, - deyə Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild kəşfiyyat məlumatının təfərrüatlarını açıqlayıb.

Bedinqfildin sözlərinə görə, kəşfiyyat Putinin Ukraynadakı müharibəsinin “strateji kobud səhv” olduğuna dair bir sıra sübutlar əlavə edir.

Pentaqonun mətbuat katibi Con Kirbi deyib ki, Pentaqon, həmçinin Putinin son bir ayda hər dəfə hərbçiləri tərəfindən "tam məlumatlandırılmadığı" qənaəti ilə razılaşıb.

“Putin Rusiya hərbçiləri tərəfindən aldandığını hiss edir və nəticədə Putinlə hərbi rəhbərlik arasında davam edən gərginlik yaranır. Sanksiyaların Rusiya iqtisadiyyatına vurduğu zərər, bütün bunlar ona görədir ki, onun yüksək səviyyəli müşavirləri ona həqiqətdir söyləməkdən çəkinirlər.”,-  deyə Kirbi bildirib.

Qeyd edək ki, örən gün Ağ Evə qayıdan prezident Co Baydenlə Zelenski arasında telefon danışığı baş tutub.

“Liderlər Birləşmiş Ştatların Ukraynanın əsas təhlükəsizlik yardımı tələblərini yerinə yetirmək üçün gecə-gündüz necə işlədiykləri barədə danışıblar. Həmçinin ABŞ, müttəfiqləri və tərəfdaşları ilə birgə əlavə imkanları müəyyən etmək üçün davam etdirilən səyləri müzakirə ediblər”, - Ağ Evin bəyanatında deyilir.

Bundan əlavə, Bayden Zelenskiyə ABŞ-ın Ukrayna hökumətinə 500 milyon dollar birbaşa büdcə yardımı vermək niyyətində olduğunu bildirib. "Ukrayna ordusuna öz ölkəsini müdafiə etməyə kömək edin", deyə Bayden müttəfiqlərinə bir daha çağırış edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »