Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əliyev-Paşinyan görüşündə nələr müzakirə ediləcək?
Əliyev-Paşinyan görüşündə nələr müzakirə ediləcək?

Aİ Şurasının saytında verilən məlumata görə, aprel ayının 6-da Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Məlumatda görüşün hansı formatda olacağı isə açıqlanmayıb. Prezidentlərin görüşündə nələr müzakirə ediləcək? Görüşün hansı nəticələri ola bilər?

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, görüşdə hər iki ölkənin şərtləri və tələbləri müzakirə ediləcək.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bir müddət əvvəl Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov dilə gətirdi ki, biz Ermənistan tərəfə təkliflərimizi təqdim etmişik. Azərbaycan bununla sülh müqaviləsi imzalamağa, münasibətləri normallaşdırmağa, nəqliyyat, kommunikasiya əlaqələrini açmağa hazır olduğunu bəyan etdi. Lakin təbii ki, bizim şərtlərimiz var. Əvvəla Ermənistan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanımalıdır, daha sonra delimitasi, demarkasiya prosesləri getməli, nəhayət sülh müqaviləsi imzalanmalıdır. Təbii ki, bu proseslərlə yanaşı nəqliyyat və kommunikasiyaların bərpası mümkündür. Eyni zamanda Ermənistan Qarabağdakı separatçılara gizli və ya açıq şəkildə dəstək verməkdən çəkinməlidir. Azərbaycanın gözləntiləri və istəyi budur.

Ermənistan rəsmiləri isə absurt fikirlər söyləməkdə davam edirlər. Belə ki, Qarabağdakı bir qrup sakinə hansısa statusun verilməsi kimi tələblərlə çıxış edirlər. Bu tələbləri gündəmdə saxlamaqla Zəngəzurda dəhlizin açılmasına mane olurlar. Buna görə də həm Rusiya, həm Avropa Birliyi, həm də bölgədə sabitliyin inkişafında maraqlı olan başqa təşkilatlar və ölkələr də problemin həllinə nail olmağa çalışırlar”.

Siyasi şərhçi bildirir ki, o, Rusiyaya nisbətdə Avropa Birliyini bu məsələdə konstruktiv çıxış edən tərəf kimi görür.

“Rusiya prosesi daha çox uzadan tərəf kimi diqqətimi cəlb edir. Sanki problemin həll olunmasını istəmir. Problemin qüvvədə qalmasında, iki qonşu dövlət arasında gərginliyin davam etməsində maraqlı tərəf kimi görünür”.

Mübariz Göyüşlü bildirir ki, Ermənistan desturuktiv mövqeyindən geri çəkilərsə, Azərbaycanın irəli sürdüyü təkliflər öz həllini taparsa, irəliləyiş əldə oluna bilər. Yox, əgər Ermənistan destruktiv mövqeyini davam etdirərsə, bu zaman münasibətlərin normallaşması və real sənədlərin imzalanması prosesi uzana bilər.

“Bir sözlə belə hal baş verərsə, bu görüş daha az nəticəli olacaq. Bu, yenə də Ermənistanın danışıqlarda pozucu mövqeydə çıxış etməsinin nəticəsi ola bilər.

Azərbaycanın hər zaman digər həll variatları var. Amma yaxşı olar ki, Ermənistan Azərbaycanla ortaq mövqeyə gəlməyə meyil göstərsin, ortaq addımlar atsın, bölgədə daha dayanıqlı sülh təmin olunsun, ortaya faydalı iqtisadi, kommukativ nəqliyyat əlaqələrinin qurulması prosesi çıxsın”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »