Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərrux yüksəkliyində itkin düşmüş hərbçilərimizin adları açıqlanıb
Fərrux yüksəkliyində itkin düşmüş hərbçilərimizin adları açıqlanıb

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat verib.

Bildirilir ki, bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşmüşdür.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı:

N Soyadı, adı və atasının adı         Təvəllüdü    İtkin düşdüyü tarix

1 Abdullayev Əlibala Teyyub oğlu         27.02.1972    19.09.1992

2 Ağayev Arzu Nazir oğlu                       16.12.1973    24.01.1993

3 Allahverdiyev Baba Müseyib oğlu     13.11.1971    28.10.1992

4 Allahverdiyev Əhməd Ənvər oğlu     30.04.1974    19.01.1993

5 Bağırov Baləddin Yusif oğlu               19.11.1972     18.09.1992

6 Basenşpiler Mixail Arifoviç                04.02.1963    19.09.1992

7 Baxışov Xəlil Salman oğlu                  01.07.1965    28.09.1992

8 Bədirxanov Mehman Əhməd oğlu    27.02.1957    19.09.1992

9 Behbudov Əli Durmuşəli oğlu           01.06.1971    19.09.1992

10 Cəbrayılov İlham İbrahim oğlu       17.01.1973    19.09.1992

11 Cəfərov Mehman Əbdülrəhman      28.01.1968    20.01.1993

12 Cəfərov Sənan Vəli oğlu                    05.08.1972    25.01.1993

13 Dadaşov İlham Adil oğlu                  19.06.1973    19.09.1992

14 Eminov Mehman Bəhram oğlu       01.03.1974    25.01.1993

15 Eyvazov Məsud Eynulla oğlu           08.12.1972    19.09.1992

16 Əhmədov Faiz Mahmud oğlu          15.10.1956    20.01.1993

17 Əliməmmədov Vahid Zəbişah oğ     07.11.1971    13.11.1992

18 Əliyev Hidayət Kamal oğlu               01.02.1973    27.10.1992

19 Əliyev İlqar Hidayət oğlu                  01.12.1972    24.01.1993

20 Əmiraslanov Bəxtiyar Cahid oğlu   11.09.1971    29.10.1992

21 Əsgərov Bəxtiyar Ağabala oğlu         25.01.1973    19.09.1992

22 Əzizov Pərviz Bayramqulu oğlu       18.12.1969   28.10.1992

23 Fərzəliyev Vidadi Molut oğlu           01.06.1962    25.01.1993

24 Həbibov Elnur Paşa oğlu                   21.12.1973    26.01.1993

25 Həsənov Eldəniz İlyas oğlu                17.12.1969    01.01.1993

26 Hüseynov Cəsarət Binnət oğlu          01.11.1973    27.10.1992

27 Hüseynov Hüseyn Əhməd oğlu        21.06.1935    19.01.1993

28 Hüseynov Vüqar Cavanşir oğlu       31.05.1973    19.09.1992

29 Hüseynov Vüqar Tahir oğlu             09.07.1973    25.01.1993

30 Hüseynov Xəqani Saleh oğlu           10.06.1970    28.10.1992

31 İbadov Maarif Məhiş oğlu                 18.05.1971    29.09.1992

32 İbrahimov Kərəm Hümbət oğlu       05.05.1972    28.10.1992

33 İsmayılov Tahir İsa oğlu                    19.01.1965    30.10.1992

34 İsrafilli Həsən Hüseyn oğlu               05.03.1958    18.06.1992

35 Kərimov Xaləddin Telman oğlu        09.11.1968    27.10.1992

36 Qəhrəmanov Vidadi İslam oğlu        30.03.1971    19.01.1993

37 Qəhrəmanov Qəhrəman Süleyman  05.03.1973    30.09.1992

38 Qubadov Vüqar Hicran oğlu             07.02.1973    19.09.1992

39 Qurbanov Natiq Mirzəli oğlu            16.02.1970   30.10.1992

40 Qurbanov Rasim Fikrət oğlu            19.12.1972    28.10.1992

41 Qurbanov Şaban Qulu oğlu               08.11.1972    28.10.1992

42 Məmmədov Elman Nurəddin oğlu  25.08.1970   11.02.1993

43 Məmmədov Faiz Kərim oğlu            14.09.1971    29.10.1992

44 Məmmədov İlqar Nuru oğlu            01.07.1961    26.01.1993

45 Məmmədov İlqar Şirzal oğlu            08.09.1971    19.09.1992

46 Məmmədov Mehman Tofiq oğlu     15.04.1972    19.09.1992

47 Məmmədov Pərviz Aşralı oğlu         04.05.1973    27.10.1992

48 Mənsimov Rüstəm İsrafil oğlu        01.07.1970    28.10.1992

49 Mirzəyev Araz Seyfəddin oğlu         28.07.1973    25.01.1993

50 Muxtarov Aydın Şaban oğlu            29.05.1974    24.01.1993

51 Namazov Pəhlivan Elman oğlu       29.12.1969    19.01.1993

52 Namazov Elçin Mahmud oğlu        13.09.1962    30.10.1992

53 Nyuneçkin Vladimir Anatolyeviç   03.02.1961    28.10.1992

54 Orucov Kamran Niyətulla oğlu       27.01.1974    19.09.1992

55 Ömərov Nizaməddin Məcid oğlu    09.10.1974    21.01.1993

56 Salmanov Sahib Salman oğlu         16.04.1973    28.10.1992

57 Səmədov Hümbət Əhəd oğlu          04.12.1966    13.06.1992

58 Svanidze Məhəmməd Fəzli oğlu    18.04.1974    22.01.1993

59 Şirinov Zahid Əsədulla oğlu           31.08.1971    20.09.1992

60 Tarverdipur Elşad Hüseyn oğlu    18.03.1971    28.10.1992

61 Təsəlliyev Aqil Böyükağa oğlu       02.02.1973    25.01.1993

62 Zeynalov Bədəl Babası oğlu            19.11.1973    25.01.1993

Son xəbərlər
Bütün xəbərlər »