Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cənubi Osetiya"nın Rusiyaya birləşdirilməsi prosesi başlayır
"Cənubi Osetiya"nın Rusiyaya birləşdirilməsi prosesi başlayır

"May-iyun aylarında qondarma Cənubi Osetiya sakinlərinin Rusiyaya birləşmək məsələsi ilə bağlı çıxış edəcəyi referendum keçirilə bilər".

Bizimyol.info xəbər verir ki, bu fikri cümə axşamı TASS-a Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib.

Bir gün əvvəl tanınmamış Cənubi Osetiya Respublikasının Prezidenti Anatoli Bibilov ölkəsinin yaxın gələcəkdə Rusiya Federasiyasının tərkibinə daxil olması üçün qanuni addımlar atacağını bildirmişdi. Qondarma Respublika başçısının mətbuat katibi Dina Qassiyevanın TASS-a verdiyi məlumata görə, prosedurlar aprelin 10-da keçiriləcək prezident seçkilərindən sonra başa çatacaq.

"Düşünürəm ki, aprelin 10-da, "Cənubi Osetiyada respublika" prezidenti seçkiləri keçirildiyi zaman referendumun keçirilmə tarixləri, onlar bunu nə vaxt elan edəcəklər, artıq bəlli olacaq", - Vodolatski deyib."Seçkilərdən sonra prezidenti and içərək bu proseduru həyata keçirəcək. Hesab edirəm ki, bu, çox vaxt aparmayacaq - may-iyun aylarında gerçəkləşdirilə bilər”.

"Agentliyin həmsöhbəti Rusiya Federasiyasının tərkibinə qoşulmanı 2008-ci ildə respublikanın Mixail Saakaşvilinin rəhbərliyi altında Gürcüstanın təcavüzünə məruz qaldığı vaxtdan "Cənubi Osetiya" sakinlərinin çoxunun arzusu olduğunu bildirib.

2008-ci il avqustun 26-da Gürcüstanın Sxinvala qarşı silahlı təcavüzündən sonra Rusiya Cənubi Osetiya və Abxaziyanın "suverenliyini" tanıdı. Rusiya liderləri dəfələrlə bəyan ediblər ki, iki keçmiş Gürcüstan muxtariyyətinin müstəqilliyinin tanınması mövcud reallıqları əks etdirir və ona yenidən baxılmır. Lakin Tbilisi respublikaların müstəqilliyini tanımaqdan imtina edir", deyə agetlik qeyd edib.

Qeyd edək ki, bu, məhşur "SSRİ-nin bərpası" ideyasının davamı kimi də qəbul edilə bilər. Rusiya həmin vaxta qədər Ukrayna ilə müharibəni başa çatdirsa, prosesin davamının da olacağı gözlənilir. Belə görünür ki, Rusiya Donetsk və Luqanskdən sonra "xalqın istəyi"ni digər münaqişə ocaqlarında da  həyata keçirməyə çalışacaq. Lakin Rusiyanın Ukrayna ilə bağlı planları baş tutmayacaq kimi görünməkdədir. Amma gizli plan həyata keçirilməkdə davam edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »