Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mer: “İrpendə 300-dək mülki şəxs və 50 hərbçi həlak olub”
Mer: “İrpendə 300-dək mülki şəxs və 50 hərbçi həlak olub”

“Rusiya ordusu tərəfindən Ukraynanın İrpen şəhərində 300-dək mülki şəxs və 50 hərbçi həlak olub”.

APA-nın xəbərinə görə, bunu şəhər meri Aleksandr Markuşin keçirdiyi xüsusi brifinqdə deyib.

O qeyd edib ki, müdafiə qüvvələrindən 16 döyüşçü həlak olub, 29-u isə yaralanaraq hospitala yerləşdirilib. Əlavə edib ki, döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin təxminən 100 hərbçisi yaralanıb.

Merin sözlərinə görə, həlak olan mülki şəxslərin sayı ilə bağlı dəqiq məlumat hələ ki məlum deyil, lakin qurbanların sayının təxminən 300 olduğu düşünülür.

Qeyd edək ki, Ukrayna İrpen şəhərinin martın 28-də azad edildiyini açıqlayıb. Ancaq şəhərə qayıdışın hələ də mümkün olmadığı bildirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »