Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya Rusiya mallarının pulunu rublla ödəməkdən imtina edib
Böyük Britaniya Rusiya mallarının pulunu rublla ödəməkdən imtina edib

Böyük Britaniya Rusiya qazının pulunu rublla ödəməyi düşünmür.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" baş nazir Boris Consonun sözçüsünə istinadən məlumat verib.

“Kvasi Kvartenq Böyük Britaniyanın biznes, energetika və sənaye naziri həmkarları ilə məşvərət edərək, rublla ödəniş etməyəcəklərini açıq şəkildə bəyan edib”, - mənbə bildirib.

O, həmçinin Rusiya banklarının "SWIFT" sisteminə çıxışının məhdudlaşdırılması məsələsində sanksiyaların sərtləşdirilməsinə icazə verib.

Vladimir Putin “Qazprom”a, Mərkəzi Banka və hökumətə martın 31-dək “dost olmayan ölkələrə” qaz nəqli üçün ödənişlərin xarici valyutadan rubla köçürülməsini təşkil etməyi tapşırıb. Avropa Komissiyası belə bir təcrübəni qəbuledilməz hesab etdiklərini, Almaniyanın İqtisadiyyat naziri Robert Habek "G7" ölkələrinin də bununla razılaşmayacağını bildirib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün bildirib ki, o, rublla ixrac edilən malların siyahısını genişləndirməyi, xüsusən, gübrə, taxıl, neft, neft, kömür, metal, taxta-şalbanı da daxil etməyi düzgün hesab edir.

Kremlin sözçüsü Dmitri Peskov belə bir təklifin "yaxşı işlənib hazırlana biləcəyini" deyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »