Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib, aktiv xəstə sayı 320 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 122, bu günə qədər isə ümumilikdə 6 697 184 test icra olunub.