Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyası Rusiyanın enerji resurslarına vergi tətbiq edə bilər
Avropa Komissiyası Rusiyanın enerji resurslarına vergi tətbiq edə bilər

Polşa hakimiyyəti Avropa İttifaqında Rusiyanın enerji resurslarına vergi tətbiq etməyi təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Polşa Rusiyanın enerji resurslarından imtina etmək üçün radikal plan təqdim edib: "Digər dövlətlər isə heç nə etmir, sanki Rusiyanın qərarlarının tətbiqini gözləyirlər".

"Mən Avropa Komissiyasını Rusiyanın karbohidrogenlərinə vergi qoymağa çağırıram ki, ticarət ədalətli olsun və iqtisadi şərtlər ümumi Avropa bazarında ədalətli qiymətləndirilsin", - Morawiecki deyib.

"Polşa hakimiyyəti bu ilin sonuna kimi Rusiyanın bütün enerji resurslarından imtina etmək niyyətindədir. Biz Rusiyanın karbohidrogenlərindən - qazdan, neftdən, kömürdən uzaqlaşmaq üçün Avropada ən radikal planı təqdim edirik”, - deyə o, Rusiyanın onlardan “şantaj aləti” kimi istifadə etdiyini vurğulayıb.

"Biz Avropada hər kəsi bizim yolumuzla getməyə çağırırıq", - Polşa hökumətinin başçısı əlavə edib və bu hərəkətləri "enerji ehtiyatlarının rusifikasiyası planı" adlandırıb.

"Qazı - bu ilin sonuna qədər, baxmayaraq ki, biz indi demək olar ki, asılı deyilik. Neftdən - ilin sonuna qədər və kömürdən isə mümkün qədər tez, ən geci may ayəna qədər imtina etməyi planlaşdırırıq", - deyə o, Polşanın Rusiyanın enerji mənbələrindən imtinasının vaxtı barədə açıqlama verib.

Rusiyanın enerji resurslarının tədarükündən imtina ilə paralel olaraq, Polşa hakimiyyəti bərpa olunan enerji mənbələrini aktiv şəkildə inkişaf etdirmək niyyətindədir. Morawiecki etiraf etdiyi kimi, indi Polşa çox bahalı rus qazını çox bahalı Norveç qazı ilə əvəz etməlidir.

Onun sözlərinə görə, gələcəkdə hər hansı təchizat asılılıqdan uzaqlaşmaq lazımdır.

Moskva dəfələrlə bəyan edib ki, enerji resurslarından heç vaxt təzyiq aləti kimi istifadə etməyib. Lakin son qərarlar yumşaq desək, bunun reallığına kölgə salır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »