Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Martın 31-nə olan hava proqnozu
Martın 31-nə olan hava proqnozu

Martın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Son xəbərlər
Bütün xəbərlər »