Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzən İrandan gətirilən xurmaların altından qurd çıxır"
"Bəzən İrandan gətirilən xurmaların altından qurd çıxır"

Ramazan ayında hər kəs iftarını xurma və su ilə açır. Mütəxəssislərin fikrincə, xurma sağlamlıq üçün çox önəmlidir. Belə ki, gün ərzində ac qalan orqanizmi təmizləyir, ürək üçün faydalıdır. Xərçənglə mübarizə apara bilir, bədəndə şəkərin səviyyəsini tənzimləyir.

Xurma, gözlərin sağlamlığı üçün də önəmlidir. Xurmanın adı müqəddəs Quran-i Kərimdə də çəkilib. Quru və təzə xurma güclü bir antioksidantdır. Bədəni təmizləyir, damar tıxnaqlığını aradan qaldırır. Eyni zamanda yaşlı insanlarda müşahidə edilən bəzi narahatlıqları aradan qaldırır. İçində C vitamini olan xurma dərini də nəmləndirir və qırışmanın qarşısını alır.

Xurma beyni də gücləndirir. Oruc tutanların fikrinin dağılmaması üçün səhər və iftarda xurma qəbul edilir.

Azərbaycan bazarlarında da Ramazan öncəsi xurma satışı artır. Bazarda müxtəlif qiymətlərə xurma satışı həyata keçirilir. Belə ki, bazarlarda kiloqramı 50 manatdan 4 manata qədər olan xurma satılır. Xurma keyfiyyətinə və dadına görə belə müxtəlif şəkildə qiymətləndirilir.

Bəzən həvəslə aldığımız xurmalar qurdlu olur. Bəzən baha, bəzən isə münasib qiymətə aldığımız xurmaların içində olan qurdlar xurmanın istehlak müddətinin bitməsindən xəbər versə də, xurmalaırn üzərində yararlılıq müddəti olmadığı üçün bizə köhnə mal satıldığını heç kimə sübut edə bilmirik. Və son çarə aldığımız xurmaları atmaq olur. Xurmanı alarkən, qutusunu açıb baxmağa icazə verilmir. Kiloqramla aldığımız xurmanın da qurdlu olub-olmadığını bizdən gizlədirlər.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycana əsasən xurma İrandan, Səudiyyə Ərəbistanından gətirilir.

“Azərbaycanda 8 növdən çox xurma satılır. Onların arasında kiloqramı 50 manata da olanı var. İrandan gətirilən xurmalarda çox zaman problem yaşanır. Çünki bu xurmaların üzərində buraxılış tarixi, son yararlılıq müddəti qeyd edilmir. İstehlakçılar daim təşkilatımıza müraciət edərək, bəzən bu xurmalarn altından qurd çıxır. Yəni xurmaların əksəriyyəti qurdlanmış olur” - deyən E.Hüseynov istehlakçılara tövsiyyə edir ki, üzərində yararlılıq tarixi olmayan xurmalardan almasınlar.

Ramazan ayında ən çox istifadə edilən qidalardan biri də düyüdür. Eyyub Hüseynov istehlakçılara açıq satılan düyüləri almamağı məsləhət görür. Düyülərin də saxlama tarixi və yararlılıq müddəti var. Buna görə də diqqətli olmaq lazımdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »