Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın əsas idxalçısı olan Rusiya taxılı da rubla satmağa hazırlaşır
Azərbaycanın əsas idxalçısı olan Rusiya taxılı da rubla satmağa hazırlaşır

Rusiya qazının ardınca Rusiya taxılı da rubla satıla bilər.

Bizimyol.info xəbər verir ki, “Kommersant”ın verdiyi məlumata görə, Rusiya taxıl treyderləri Mərkəzi Bankdan belə bir mexanizm hazırlamağı xahiş edirlər.

Taxıl İxracatçıları İttifaqı təklif edir ki, ən böyük alıcılarla əməliyyatlar həyata keçirilən xarici banklar tədarük haqqını ödəmək üçün rubl ehtiyatına malik olsunlar.

Bu, ilk növbədə Türkiyə, Misir, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrin banklarına aiddir.

Bu, xaricdən bloklana bilən xarici valyuta ilə hesablaşmaların risklərini azaltmaq üçün edilir.

Xatırladaq ki, Putin “Qazprom”a Rusiya qazının Avropa ölkələrinə tədarükü üçün ödənişlərin “mümkün qədər tez” rubla köçürülməsi barədə göstəriş verməyi tapşırmışdı.

Bundan sonra Avropada qazın qiyməti qalxdı. Bir gün əvvəl Avropa Birliyi "G7" ölkələrinin ardınca Rusiyanın qazın pulunu rublla ödəməsi tələbini rədd etdi.

Rusiya isə qərarında israrlıdır.

Qeyd edək ki, Azərbaycanda 1,9 milyon tona yaxın buğda istehsal edilib. Bu ölkənin tələbatının təqribən üçdə ikisinə yaxındır. Belə ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3 milyon tondan bir qədər çoxdur. Son nəticədə ölkə hər il 1 milyon tondan çox buğda idxal edir. Bunun isə 90%-dən çoxu Rusiyadan, cüzi hissəsi isə Qazaxıstandan gətirilir.

Nəticədə Rusiyanın yeni qərarı Azərbaycana da təsirsiz ötüşməyəcək. İqtisadçılar Azərbaycanın Rusiyanın taxılna alternativ olaraq Qazaxıstadan buğda idxalının mümkün olduğunu bildirirlər.  Lakin onlar bunun ölkəyə baha başa gələcəyini də vurğulayır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »