Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Rusiya Çinlə münasibətlərin davamlı inkişafında maraqlıdır
Lavrov: Rusiya Çinlə münasibətlərin davamlı inkişafında maraqlıdır

Rusiya Çinlə münasibətlərin sabit və ardıcıl şəkildə inkişafında maraqlıdır.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, xarici işlər naziri Vanq Yi ilə görüşündə deyib.

"Biz ÇXR ilə münasibətlərimizin davamlı və ardıcıl inkişafında maraqlıyıq, liderlərimiz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və ÇXR sədri Si Tsinpin bu barədə razılığa gəliblər. Və bu gün, sizin dediyiniz kimi, biz bunu edəcəyik. Bütün bu razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyan konkret addımları nəzərdən keçirəcəyik”, - deyə o bildirib.

"Mən sizinlə, əziz dostum, xüsusilə də bu növbəti gözəl əyalətdə söhbət etdiyimə görə çox şadam. Mən artıq Çinin bir çox əyalətlərində olmuşam, onların hamısına səmimiyyətlə heyranam",- deyə Rusiyalı nazir əlavə edib.

Qeyd edilir ki, Rusiya, Çin və onların həmfikirləri “beynəlxalq münasibətlər tarixində ciddi mərhələnin nəticələrindən sonra çoxqütblü və ədalətli dünya nizamına doğru birlikdə hərəkət edəcəklər”,- Lavrov bildirib.

"Biz beynəlxalq münasibətlər tarixində çox ciddi bir mərhələdən keçirik. Əminəm ki, bu mərhələ nəticəsində beynəlxalq vəziyyət əhəmiyyətli dərəcədə aydınlaşacaq və biz sizinlə, digər həmfikirlərimizlə birlikdə çoxqütblü, ədalətli, demokratik dünya nizamına doğru hərəkət edəcəyik",- deyə Lavrov qeyd edib.

Lavrov martın 31-də keçiriləcək Əfqanıstanla qonşu dövlətlərin nazirlərinin üçüncü konfransında iştirak etmək üçün Çinin Tunsi şəhərinə gəlib. Martın 30-da Rusiya diplomatik departamentinin rəhbəri xarici həmkarları ilə bir sıra danışıqlar aparacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »