Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın işğalı başlayandan Ukraynada 145 uşaq ölüb
Rusiyanın işğalı başlayandan Ukraynada 145 uşaq ölüb

Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü başlayandan indiyədək ölkədə 145 uşaq ölüb, 222 uşaq yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğun Telegram-kanalında məlumat verilib.

Uşaqlar ən çox Kiyevdə - 69, Xarkovda - 49, Donetskdə - 54, Çerniqovda - 39, Nikolayda - 30, Luqanskda - 28, Zaporojyedə - 22, Xersonda - 25, Kiyevdə - 16, Sumıda - 16, Jitomir vilayətində - 15 nəfər əziyyət çəkib.

Həmçinin bombardman və top atəşinə tutulması nəticəsində 790 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 75-i tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.

Baş Prokurorluq qeyd edir ki, bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv döyüş əməliyyatları aparılan ərazilərdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerlərə baxış keçirmək imkanı yoxdur.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »