Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putinlə danışmaq üçün şərtlərini açıqlayıb
Bayden Putinlə danışmaq üçün şərtlərini açıqlayıb

"ABŞ prezidenti Co Bayden yalnız Ukraynada deeskalasiya olacağı təqdirdə Putinlə birbaşa danışıqlara razılaşacaq".

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin ictimai əlaqələr üzrə direktoru Keyt Bedinqfild deyib.

“Co Baydenin Vladimir Putinlə görüşü Rusiya prezidentinin nə haqqında danışmaq istəməsindən asılı olacaq. Biz açıq şəkildə bildirdik ki, prezident belə bir söhbətə razılıq verməzdən əvvəl Rusiyadan Ukraynada gərginliyin nəzərəçarpacaq dərəcədə azaldılması və diplomatiyaya ardıcıl, həqiqi öhdəlik verməsi lazımdır. Təbii ki, prezidentlərin görüşməsin əsas şərtləri sırasında hərbi təcavüzün dayandırılması və qoşunların Ukrayna sərhədlərindən kənara çəkilməsi ola bilər. ”, - deyə o qeyd edib.

Bedinqfild qeyd edib ki, Rusiya qoşunları Ukrayna sərhədlərində cəmləşdirilirkən prezidentlər arasında bir necə dəfə telefon danışığı olmuşdu: "ABŞ Prezidentini Rusiya dövlət başçısı ilə danışıqları kompromis əldə etməyə kifayət etməmişdi. Rusiya təcavüz planının olmadığını bildirsə də, hadisələrin əks istiqamətdə inkişafı barədə məlumatlar gəlirdi və bu da münasibətlərin qurulmasında çətinlik yaradırdı. Zaman göstərdi ki, Bayden administrasiyası Rusiyanın "səmimiyyətinə" inanmamaqda haqlı imiş", - deyə o qeyd edib.

Bir gün əvvəl məlum oldu ki, Pentaqon Rusiyanı ABŞ-ın milli təhlükəsizliyinə “kəskin təhdid” hesab edir. Bu barədə ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi gizli milli müdafiə strategiyasında deyilir.

Bu yaxınlarda Bayden Varşavada çıxış edərkən demişdi ki, Putin hakimiyyətdə qalmamalıdır. ABŞ siyasi dairələri bunun anlaşılmazlıq olduğunu desələr də, prezident sözlərindən dönmədiyini bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »