Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə odlu silahla 5 nəfər öldürülüb
İsraildə odlu silahla 5 nəfər öldürülüb

Ötən axşam İsrailin Bney Brak şəhərində naməlum silahlının həyata keçirdiyi hücum nəticəsində beş israilli həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.

Radionun məlumatına görə, silahlı şəxs zərərsizləşdirilib. Bnei Brakdakı şəhər sakinlərinə hücumu Nablus yaxınlığındakı Yaabaddan olan 26 yaşlı fələstinli Dia Hamarşeh həyata keçirib.

İsrailin baş naziri Naftali Bennetin hücumla bağlı çərşənbə axşamı təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparadığı bildirilir.

Hadisəyə görə hələlik heç bir quruplaşma məsuliyyəti üzərinə götürməyib.

"HƏMAS"ın sözçüsü Müşir əl-Məsri deyib: “Əməliyyat Fələstin xalqının harada yaşamasından asılı olmayaraq birliyinin göstəricisidir. Biz bunu təqdir edirik”.

"İslami Cihad"da hücumu alqışlasa da, hadisəni onların törətdiyini deməyib.

İsrail mediası Bnei Brak hücumunda həlak olanların adlarını dərc edib.

Bunlar Nof Ha Galildən olan 32 yaşlı polis məmuru Amir Khouri, 36 yaşlı Yaakov Şalom və 29 yaşlı Avişai Yehezkel öldürülüb. Hücumun daha iki qurbanı əcnəbi işçilərdir. Qalileydən olan ərəb Khoury Bney Brak Stansiyasının Təcili Müdaxilə Qrupunda xidmət edirdi. Khoury terrorçu ilə atışaraq onu öldürən iki polis məmurundan biri olub. O, ölümcül yaralanıb və Beilinson xəstəxanasında dünyasını dəyişib.

Yaakov Şalom öz avtomobili ilə evə qayıdarkən öldürülüb. Şalom, Bnei Brakdakı Yəmən icmasının lideri, tanınmış ravvin Meir Şalomun oğlu idi.

Avişai Yehezkel isə hücum zamanı 2 yaşlı oğlu ilə gəzirmiş. O, oğlunu qoruyarkən həlak olub.

Qeyd edək ki, bu, İsraildə bir həftə ərzində üçüncü terror aktıdır. Martın 27-də İsrailin Hadera şəhərində avtomatik odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, daha 12 israilli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bazar ertəsi “Jerusalem Post” nəşri yazıb ki, hücuma görə məsuliyyəti İslam Dövləti (İD) terror qruplaşması öz üzərinə götürüb. Hücumu həyata keçirən iki İD tərəfdarı hadisə yerində polisin cavab atəşi ilə öldürülüb.

“The Times of Israel” qəzetinin yazdığına görə, martın 22-də İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində dörd israilli həlak olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »