Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ komandanı: “Rusiyanın Kiyev ətrafından çəkilməsi strategiya dəyişikliyidir”

Rusiya qoşunları önəmli strateji dəyişikliyin bir hissəsi kimi Kiyev ətrafındakı mövqelərdən geri çəkilməyə başlayıb.

APA-nın xəbərinə görə, bunu ABŞ senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmədə ABŞ-ın Avropa Komandanlığının komandanı general Tod Volters deyib. General mediada rəsmi Moskvanın qoşunlarını Kiyev ətrafından və digər yerlərdən çəkməsi ilə bağlı xəbərlərə münasibətində bildirib ki, təchizat xətlərində problemlər və sürpriz müqavimətlə üzləşdikdən sonra Rusiya Prezidenti Vladimir Putin daha effektiv mövqe əldə etmək məqsədi ilə qüvvələrini yenidən mövqeləndirir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »