Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin Avropa liderləri ilə danışığı başa çatıb
Baydenin Avropa liderləri ilə danışığı başa çatıb

Boris Conson ABŞ, Fransa, Almaniya və İtaliya liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın Baş naziri Mario Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Liderlər beynəlxalq enerji arxitekturasını yenidən formalaşdırmaq və Rusiya karbohidrogenlərindən asılılığı azaltmaq üçün birgə işləmək zərurətini müzakirə ediblər. Onlar razılaşıblar ki, Ukraynadaki müharibə başa çatmadan Qərb öz qətiyyətini yumşalda bilməz.

Liderlər həmçinin Ukrayna xalqını Rusiyaya qarşı mübarizədə dəstəkləmək üçün davamlı əlaqə barədə razılığa gəliblər.

***

19.41

ABŞ Prezidenti Co Baydenin Ukraynadakı vəziyyətlə bağlı Avropa liderləri ilə danışığı başa çatıb.

Bu barədə Ağ Ev məluymat yayıb.

Bildirilib ki, Prezident Baydenin Ukraynanın işğalı ilə bağlı Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliya Baş naziri Mario Draqi və Böyük Britaniya Baş naziri Boris Consonla danışığı başa çatıb.

Prezidentin danışığının yerli vaxtla 09:19-da başladığı və 10:12-də başa çatdığı qeyd olunub.

ABŞ mətbuatı liderlərin danışığının İstanbulda Ukrayna və Rusiya arasında sülh müzakirələri fonunda keçirildiyini qeyd edib. (Apa.az)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »