Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana və uşaq ölümlərin əsas səbəbləri nədir...
Ana və uşaq ölümlərin əsas səbəbləri nədir...

Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da ana və uşaq ölümləri ilə qarşılaşırıq.

Qadınların hamiləlik zamanı antenatal qulluğa, doğuşdan sonra bir neçə həftə ərzində qayğı və dəstəyə ehtiyacı olur. Ana sağlamlığı və yeni doğulanların sağlamlığı bir-biri ilə sıx bağlıdır. Bütün doğuşların ixtisaslı səhiyyə mütəxəssislərinin iştirakı xüsusilə vacibdir, çünki vaxtında qayğı və müalicə həm ana, həm də körpə üçün həyat və ya ölüm baxımından kritik ola bilər. Bütün doğuşlar zamanı ixtisaslı tibbi mütəxəssislərlə təmin etmək xüsusilə vacibdir, çünki həyat vaxtında qayğı və müalicədən asıllıdır.

Mama-ginekolog Elena Rəcəbova Bizimyol.info saytına açıqlamasında bildirirki sağlam qadına doğuşdan sonra tibbi yardım göstərilməsə, 2 saat ərzində ölə bilər.

Ana ölümünün səbəbi qanaxmadırsa, bunun qarşısını almaq lazımdır. Bir var həkim səhvindən ölüm, bir də var ki doğuşun yan təsirlərindən irəli gələn ölüm. Hər bir məqamın yan təsirləri olduğu kimi, doğuşun da yan təsirləri mövcuddur.

Hamiləliyin əsas risk faktorları olur.

Hansıki hamiləlik ərəfəsində onlardan biri aşkarlandıqda hamilə qadın, qadın məsləhətxanasında qeyydiyatda durarkən risk qrupuna daxil edilməlidir.

Risk qrupuna daxil olan

hallar:hipertenziv vəziyyətlər, preeklampsiya və eklampsiya ,mənfi qan qrupu,perinatal infeksiyalar, anamnezində coxsaylı doğuşların ,abortların olması, anammezide irsi qan xəstəliklerinin olması, çoxdöllü hamiləlik, suni mayalanma, endokrin patalogiyalar və s.aiddir. Artmaqda olan ana ölümlərin qarşısını almaq üçün

Ilk növbədə əqadin qeydiyatda durmalı, ona risk faktorlari başaa salınmalıdır. Həmçinin klinik protokol üzrə gəlişləri başa salınmalıdır. Hamilə olan qadınlar

ən vacib hal risk durumunu zamanında dəyərləndirmək və qarşını almaq ucun bütün muayineələrdən zamanında keçmək, ürək qandamar sistemi,xroniki boyrək patalogiyasi,piylənmə,şəkərli diabet və infeksiaları diqqətə alınmalıdır.

Sosial faktorlara, qidalanma rejiminə,zərərli vərdilşlərin olub olmamasına diqqət yetirilməlidir. Burda həmçinin hamiləlik yaşı da önəmlidir. Hamiləlik yaşı 18 dən aşağı ve 30 dan yuxarı olması məsləhət görülür deyə həkim qeyd edir.

Önəmli olan zamanında aşkarlamaq ve zamanında müdaxilə edib qarşısını almaqdır. Zamanında diqqətlə müayinə olunduqda ana ölümü faizi də çox aşağı olur.

Havar

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »