Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramzan Kadırovun "yalançı qəhrəmanlığının" üstü açıldı - Foto
Ramzan Kadırovun "yalançı qəhrəmanlığının" üstü açıldı - Foto

Çeçenistan rəhbəri Ramzan Kadırov hər imkandaca Rusiya Prezidenti Vladimir Putinə sadiqlik nümayiş etdirməyə çalışır. O, müharibə günlərində bir neçə dəfə Ukrayna dövlət başçısı Vladimir Zelenskini hədələyib. Canfəşanlıq Putinin gözündən qətiyyən yayınmayıb. Rusiya Prezidenti Çeçenistan rəhbərinə general-leytenant rütbəsi verib. Şimal dövlətinin mətbuatı bundan sonra Kadırovun Ukraynaya yollandığını xüsusi qeyd edib.

Bizimyol.info xəbər verir ki, Çeçenistanın son 11 ildəki başçısının müharibə ocağına getməsi xeyli şübhəlidir. Onun guya Mariupola yollandığı bildirilir. Sosial mediada Kadırovun yanında silahla namaz qıldığı kadr çox yayılır. Guya o, Ukraynaya çatıb, döyüşə hazırlaşır. Halbuki fotonun Rusiyada çəkildiyi arxa fondan aşkar bilinir. Solda “Pulsar” yanacaqdoldurma məntəqəsinin yerləşdiyi görünür. Ukraynada belə benzin stansiyası yoxdur. “Rosneft”ə məxsus yanacaqdoldurma məntəqələri hələ Ukraynaya gedib çıxa bilməyib.

Kadırovun saxta görüntü yaratdığı göz qabağındadır. Çeçenistan lideri özünü cəmiyyətə qəhrəman kimi təqdim etməyə çalışır. Putinin Rusiyanın Milli Qəhrəmanı etdiyi şəxs yerli publikaya əzələ nümayiş etdirir. Amma Ukraynaya getməyə cəsarəti çatmır.

Kadırov bir neçə gün əvvəl də saxtakarlığa yol vermişdi. Çeçenistanın rəhbəri Kiyevdə olduğunu iddia etmişdi. Əlbəttə, paytaxtdan söhbət gedə bilməzdi. Kadırov guya özünü Kiyev ətrafına yetirmişdi. Lakin az sonra onun Qroznıda olduğu üzə çıxmışdı. Kadırovun Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdüyü məlum olmuşdu.

Ümumiyyətlə, Kadırovun döyüşçüləri Ukraynada böyük uğursuzluğa uğrayıb. Təkcə Kiyev ətrafında yüzlərlə kadırovçunun öldürüldüyü bilinir. Hələ ölkənin şərqində də Kadırovun dəstəsi böyük itki verib. Hər şey alt-üst olub.

Ramzan Kadırov Ukraynada olduğunu deyərkən, Rusiyada imiş Ramzan Kadırov

Təkcə Kadırov yox, ümumilikdə Kreml rəhbərliyi müharibədə uduzduğunu yaxşı anlayır. Buna görə rusiyalıları geri çəkilməyə hazırlayan bəyanatlar səslənir. Məlum məsələdir ki, Rusiya qoşunları daha irəli gedə bilmir. İndi döyüşləri dayandırmaq və qələbə görüntüsü yaratmaq üçün bəhanə axtarılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »