Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı deputatdan Azərbaycana təhdid
Rusiyalı deputatdan Azərbaycana təhdid

Replika

Cəbhədəki uğursuzluqlar nəticəsində Rusiyanın əksər siyasətçiləri artıq düşünməyi və danışmaqdan əl çəkib hər yeri və hər kəsi “bombalamaq” istəyirlər.

Belə ki, Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu bir vaxtda Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyaqin ölkəmizə qarşı olduqca təxribat xarakteri daşıyan mövqe ortaya qoyub. O, dövlətimizə qarşı aşağılayıcı ifadələr işlətməkdən çəkinməyib, hətta Bakının bombalanmasını təklif edib.

Qeyd edək ki, 44 günlük İkinci Qarabağ Müharibəsində ermənilər ölkəmizin bir çox şəhər və kəndlərinə Rusiya istehsalı olan raketlər atmışdılar. Amma Bakını bombalamağa cəsarət etməmişdilər. İndi belə çıxır ki, Mixail Delyaqin milliyətini dəyişmək istəyir.

Rusiya böyük ölkədir və orada sıradan bir adamın deputat, komitə sədrinin müavini olmasını düşünmək sadəlövhlük olardı. Adamın Kremlə “ayı xidməti” göstərdiyini anlamayacaq qədər məlumatsız olduğunu düşünmürük. Lakin hazırkı şəraiti nəzərə alsaq, bunu Moskvanın istəyi ilə səsləndirilməsini də fikirləşməyi məntiqli hesab etmirik. Görünür deputat isterik vəziyyətdə olub. Çünki indi Rusiyanın ən yaxın qonşularından daha biri ilə açıq münaqişəyə girməsinin zamanı olmadığını “Delyaqin bilməsə də, Xaliq bilir”. Bunu ölkənin Uzaq Şərqində marallarla gəzən çukça da bilir. Və bir gün o çukça Delyaqinin bu sərsəmləməsindən xəbər tutsa, gülməkdən uğunub cavan ikən öləcək. Zatən yazıqlar çox yaşamırlar.

Deputatnın Azərbaycana qarşı "bombalamaq" çağırışı ya məlumatsızlıqdandır, ya da zəhrimara qalmış 40 dərəcəli haram məhsulun yaratdığı özgüvəndir. Birincisi, bu adam da deməyək, deputatın xəbəri var ki, Rusiyanın Ukraynaya atdığı bombaların 50 faizdən çoxu partlamır. Bakını "nəyinən" bombalayırsız?

İkincisi, sən, bir zəhmət, Azərbaycanı Ermənistanla razılaşdırılmış atəşkəs rejimini pozmaqda ittiham etməzdən əvvəl regiondakı vəziyyətlə tanış ol. Kimin haqlı, kimin haqsız olduğunu öyrən. Zatən siz haqlı-haqsız tanımırsınız, amma yenə də tövsiyə edirik, bəlkə bu yaxınlarda gərəyiniz olacaq.

Üçüncüsü, Azərbaycanla Türkiyə arasındakı münasibət ağa-əlaltı səviyyəsində deyil, qardaşlıq – “bir millət, iki dövlət” səviyyəsindədir. Bu hissləri yaşamaq üçün gərək qardaşını sevməyi bacarasan. Doğrudur, sizin qardaşlıq barədə anlayışınız bu gün Ukraynada çılpaqlığı ilə ortadadır. Artığını da gözləmək məntiqsizlik olar. Amma sənin və qonağı olduğun, hər kəsə od püskürən telekanalın səviyyəsi sizə “bombalamaq” anlayışından o yana düşünmək imkanı vermədiyini bilirik.

Yaxşı ki, Rusiyada hamı sizin kimi düşünmür. Yoxsa, ətrafda ermənilərdən başqa dostunuz qalmazdı. Sizinlə dostluğa elə onlar yarayar.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »