Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şoyqu: "Rusiya qoşunları Donbası ələ keçirilmək üçün cəmləşir"
Şoyqu: "Rusiya qoşunları Donbası ələ keçirilmək üçün cəmləşir"

Rusiyanın müdafiə naziri əmin edib ki, “əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları” başa çatıb, Ukrayna qoşunları isə “əhəmiyyətli dərəcədə zədələnib”.

Bizimyol.info xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada “xüsusi hərbi əməliyyat”ın (müharibə) birinci mərhələsinin tapşırıqlarının yerinə yetirildiyini elan edib. Onun sözlərinə görə, indi rus qoşunları diqqətini “əsas məqsədə çatmağa” - Donbasın azad edilməsinə yönəldəcək. Bu barədə çərşənbə axşamı, martın 29-da keçirilən konfransda Rusiya müdafiə departamentinin rəhbəri məlumat verib.

“Ümumilikdə əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib. Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialı əhəmiyyətli dərəcədə azaldılıb ki, bu da əsas diqqəti və əsas səyləri əsas məqsədə - Donbasın azad edilməsinə yönəltməyə imkan verir”, - deyə müdafiə naziri bildirib.

Rusiya Federasiyasının müdafiə nazirinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “ağır zərbələr alıb və böyük həcmdə itkilər verib”. Şoyqu çıxışı zamanı həmçinin iddia edib ki, Ukrayna quru və hava hücum qüvvələrinin bütün birləşmələri “əhəmiyyətli itkilər” verib. Eyni zamanda, nazir Ukraynaya genişmiqyaslı müdaxilə zamanı Rusiya ordusunun itkiləri barədə məlumat verməyib.

"Rusiya silahlı qüvvələri məqsədə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdirəcək",- deyə Şoyqu bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, genişmiqyaslı müharibə zamanı Rusiya qoşunları 17200 əsgər, 597 tank, 1710 zirehli döyüş maşını, eləcə də onlarla və yüzlərlə digər texnikasını itirib. Öz növbəsində, Rusiya Federasiyasının Müdafiə Nazirliyi martın 25-də Rusiya qoşunlarının şəxsi heyətinin itkisinin 1351 ölü və 3825 yaralı olduğunu bildirdi.

Onu da bildirmək yerinə düşər ki, bu, Şoyqunun uzun müddət ərzində ilk "tamhüquqlu" çıxışıdır. Nazir martın 11-dən 24-dək iki həftəyə yaxın informasiya məkanında olmayıb. Daha sonra rusiyalı jurnalistlər Təhlükəsizlik Şurasının uzaq iclası zamanı Rusiya prezidenti Vladimir Putinin ofisində çəkilmiş videonu yayıblar. Bu, Şoyqunun hansısa anda göründüyü ekranı göstərir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »