Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Danışıqların növbəti raundu Azərbaycanda da keçirilə bilər”
“Danışıqların növbəti raundu Azərbaycanda da keçirilə bilər”

28 mart tarixində Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Prezident Volodimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Bundan əlavə olaraq Zelenski İlham Əliyevlə danışması barədə tviter hesabında paylaşım edib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Dinc əhaliyə qarşı vurulan yeni zərbələr barədə məlumat verdim. Yaşıl dəhlizlərə olan ehtiyacı müzakirə etdik. Humanitar yardıma və əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür etdim”, -deyə palyaşımda qeyd olunur.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi başlayan gündən bəri artıq üçüncü dəfədir ki, Ukrayna Prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edir.  Bu Rusiyanı hansı həddə qıcıqlandırır?

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanın Ukraynaya humanitar dəstəyi Rusiyanı qıcıqlandırmamalıdır. Onun sözlərinə görə, əgər Rusiyada hazırki stiuatsiyada hərbi siyasi elitada ağlı başında olan şəxslər varsa, onlar Putinə və ətrafına çatdırmalıdırlar ki, humanitar yardım məsələsi normal haldır və burada qeyri-adi heç bir şey yoxdur.

“Biz Rusiyanın forpostu deyilik. Biz Rusiya ilə müttəfiqlik müqaviləsi imzalanmışıq, amma bu o demək deyil ki, Azərbaycan hər fəaliyyətini Rusiya ilə koordinasiya etməlidir, Rusiyanın aqressiyasına məruz qalmış ölkədə insanlara yardım etməməlidir, insani yardım fəaliyyətindən uzaq durmalıdır.

Bütün aparıcı dünya ölkələri Ukraynaya hərbi, mailiyyə və s. yardımlar edir. Hətta bir çox ölkələrin vətəndaşları Ukraynaya gələrək, Rusiyaya qarşı döyüşürlər. Bizim yardımımızdan əgər Rusiya qıcıqlanırsa, o zaman bu kimi yardımları hara qoyaq? Bu baxımdan düşünmürəm və inanmıram ki, bizim etdiyimiz yardımlar Rusiyanı qıcıqlandıra bilər”.

Siyasi şərhçi bildirib ki, Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açacağına da inanmır.

“Buna ehtiyac da yoxdur. Azərbaycan elə addımlar atmır, fəaliyyət göstəmir ki, Rusiya burada ikinci cəbhə açsın. Əgər Rusiyada belə fikirdə olan kimlərsə varsa, Rusiya özü də bu fikirə düşübsə, bu, avanturanın ən son həddi ola bilər”.

Mübariz Göyüşlü qeyd edib ki, prosesləri diqqətlə izləyən hər kəs görə bilər ki, Azərbaycan Türkiyə ilə birgə bitərəf mövqe sərgiləyir.

“İki ölkə bu avantururist müharibənin, aqressiyanın sona çatması üçün cəhd göstərirlər, sülh əldə olunmasına çalışırlar. Bu prosesdə Türkiyə də, Azərbaycan da Rusiyanı arxadan vurmayan tək-tük ölkələrdəndir. Bu anlamda belə bir şəraitdə Azərbaycana qarşı Rusiyanın ikinci bir cəbhə açaçağına inanmıram.

Əgər Rusiya bu avanturaya gedərsə, Azərbaycan tək deyil və onun Rusiyadan da başqa müttəfiqləri var. İlk sırada isə təbii ki, Türkiyə gəlir. Azərbaycan nə Ermənistan, nə də 30 il əvvəlki ölkə deyil. İkinci cəbhə açılması məsələsi ona heç də asan başa gəlməz. Bu anlamda Rusiya Azərbaycanın Ukraynaya olan humanitar yardımlarını anlayışla qarşılamalıdır. Rusiyanın Azərbaycana münasibətdə obyektiv və dürüst siyasət yürütməsi məsləhətlidir.

Ukrayna və Rusiya arasında savaşın durdurulmasında dəstək ola biləcək ölkələrdən biri də Azərbaycandır. Bütün bunları nəzərə alaraq düşünürəm ki, görüşlərin övbəti seriyası Azərbaycanda da keçirilə bilər. Həm İlham Əliyev, həm də Ərdoğanın səyləri ilə bu müharibə durdurula, sülh əldə oluna bilər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »