İstanbulda Rusiya-Ukrayna məsləhətləşmələri davam edir və onların nəticələrindən sonra tərəflər bəyanatla çıxış edəcəklər.
Bizimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.
"Biz bu gün saat 09:30-dan etibarən Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdiririk. Ümid edirəm ki, bir neçə saatdan sonra onların nəticələri ilə bağlı müəyyən açıqlama verəcəyik", - o deyib.
O qeyd edib ki, hərbi əsirlərlə bağlı məsələdə razılıq əldə olunub: "Biz hərbi əsirlərə qeyri-insani davranışlarla bağlı yayılan videogörüntülərə kəskin etirazımızı bildirdik. Qarşı tərəf də araşdırma aparılacağına, bu işlərdə belə halların təkrarlanmayacağına, məsuliyyəti olanların və o görüntüləri yayanların cəzalandırılacağına söz verdilər", - deyə Medinski bildirib.
Qadir Bizimyol.info