Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İndi Azərbaycanla münasibətləri gərginləşdirmək Rusiyanın maraqlarına xidmət etmir"
"İndi Azərbaycanla münasibətləri gərginləşdirmək Rusiyanın maraqlarına xidmət etmir"

“Azərbaycan ordusu bir neçə gün öncə beynəlxalq birliyin Azərbaycanın suveren əraziləri kimi qəbul etdiyi Qarabağ bölgəsində yerdəyişmə həyata keçirərək, Ağdamın işğaldan azad edilmiş ərazilərində insanların yaşayışına və orda infrastruktura maneçilik törədə biləcək, eləcə də davamlı təxribatlar həyata keçirə biləcək bir sıra yüksəkliyi geri alaraq, nəzarəti öz üzərinə götürdü. Bu vəziyyəti Azərbaycanın hücumu və ya Rusiya sülhməramlılaırnın nəzarəti altında olan ərazilərin Azərbaycan ordusunun hücumları nəticəsində ələ keçirilməsi kimi qiymətləndirmək istəmirəm. Bu ərazilər, eyni zamanda Rusiya sülhməramlarının müvəqqəti nəzarəti altında olan ərazilər hamısı Azərbaycanın suveren əraziləridir. 10 noyabr bəyanatının razılaşmalarına əsasən qısa bir müddət ərzində həmin ərazilərdə də Azərbaycan və erməni əsilli Azərbaycan vətəndaşlarının birgə yaşayışı təmin ediləcək. Bundan sonra Azərbaycan dövlətinin suveren hüquqları bütün ərazilərdə, eyni zamanda Xankəndi, Əsgəran, Xocalı yaşayış məskənlərində də tam təmin ediləcəkdir” - Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Anar Əliyev danışıb.

Ekspert baş verən hadisələrin Azərbaycan -Rusiya münasibətlərinə təsir edəcəyini də düşünmür. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi bir neçə gün ərzində həqiqətə uyğun olmayan yalan məlumatlar əsasında düzgün olmayan bəyanatlar səsləndirib. Bu bəyantlarda Rusiya Müdafiə Nazirliyi öz səlahiyyətlərinə daxil olmayan siyasi hadisələrə müdaxilə etməyə çalışıb. Azərbaycanın suverən əraziləri ilə bağlı “erməni silahlı qüvvələri”, “Dağlı Qarabağ” kimi absurd terminlər səsləndirib. Eyni zamanda Azərbaycan ordusunun Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi müvəqqəti məsuliyyət zonasına aid olan ərazilərə daxil olma ilə bağlı absurd fikirlər səsləndirib.

Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq

Politoloqun sözlərinə görə, bu bəyanat, daha çox siyasi xarakterli idi. Azərbaycanın daxili işlərinə,müstəqil dövlət olaraq hüquqlarına müdaxilə etmək idi: “Bu həm də 10 noyabr, 11 yanvar, 26 noyabr və 22 fevral Moskva bəyannamələrinə imza atan Rusiya prezidenti Vladimir Putinin imzasına hörmətsizlik idi”.

Siyasi şərhçi bildirir ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. 22 fevral Moskva bəyannaməsi ilə Azərbaycan və Rusiya münasibətləri ,daha bir üst səviyyəyə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bundan sonra Azərbaycan və Rusiya arasında yarana biləcək hərhansı bir anlaşılmazlıqların aradan qaldırılması, dövlət başçılarının görüşləri, ünsiyyətləri zamanı həll edilə bilən məsələlərdir.

Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı bütün dünyanın birləşdiyi və bu günə qədər misli görülməmiş sanksiyalar tətbiq edildiyi bir dövrdə, Rusiya iqtisadiyyatının çox ciddi böhranlar yaşamağa başladığı bir dövrdə Rusiya üçün cənubi Qafqazda yeni cəbhə açmaq və yeni bir münaqişə ocağının yaranması heç bir halda Rusiya maraqlarına xidmət etmir. Bu mənada Rusiya, mümkün qədər Ermənistan və Azərbaycan arasında münasibətlərin yenidən münaqişə səviyyəsinə çxımasına və ErmənistanlaAzərbaycan arasında hərhansı bir konfiliktin yaranmasına imkan verməyəcək.

“Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi və Azərbaycanla sülh danışıqlarına başlamaqla bağlı qərarın qəbul edilməsi də, həm də Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənəsinin zəruri olması ilə bağlı Ermənistana etdiyi təzyiqlərin nəticəsidir. Rusiya, indiki halda Azərbaycanın Rusiya-Ukrayna münaqişəsində, məsələlərində tutdğu mövqeyi yüksək qiymətləndirir və qiymətləndirməlidir. Azərbaycan dövləti Rusiya-Ukrayna münaqişəsində mümkün qədər bitərəf mövqe sərgiləməyə çalışır. Demək olar ki, bütün dünyanın Rusiyaya qarşı birləşdiyi bir dövrdə Türkiyə və Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinə sərgilədiyi mövqe, əslində Rusiya iqtisadiyyatı üçün bir nəfəslik xarakteri daşıyır. Rusiya da həm iqtisadiyyatını, həm də dövlətini məhv olmaqdan xilas edə biləcək olan həmin nəfəsliyi qapamağa yönələn addımlar atmaz. Azərbaycanla münasibətləri gərginləşdirmək indiki halda nə bölgə xalqlarının, nə də Rusiyanın maraqlarına xidmət etmir”,- deyə A.Əliyev bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »