Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur mağazalar şəbəkəsindən reklam oyunbazlığı
Məşhur mağazalar şəbəkəsindən reklam oyunbazlığı

Reklamların marketinq üzərində nə dərəcə də böyük əhəmiyyəti olduğunu yaxşı bilirik. Lakin bəzi mağazalar reklam qaydalarını, şərtlərini pozaraq, bununla müştəriləri tələyə salmağa çalışırlar.

Bu cür reklam fırıldağı ilə qarşılaşanlardan biri də jurnalist Samir Mirzə olub. O, Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, "World-Telekom" mağazalar şəbəkəsinin “Novruz endirim”ləri kampaniyasından istidafə etmək istəsə də böyük bir anlaşılmazlıqla qarşılaşıb.

“Smartfon almaq üçün müxtəlif məşhur mağazaların saytlarını gözdən keçirdim. Sonda "World-Telekom"u seçəsi oldum. Kampaniyalarının bitməsinə bir gün qalmış, tələsik yaşadığım ünvana yaxın ərazidəki mağazalarına getdim. “iPhone 11” almaq istədiyimi dedim. Amma mağazalarında sözügedən smartfonun olmadığını söylədilər. Lakin elanda stokda olduğu qeyd olunmuşdu”.

Şikayətçi bildirir ki, o, kredit barədə də soruşduqda, elanda yazdıqlarından tamam fərqli şərtlər təklif ediblər.

“Komissiya haqqından və yalnız hansısa güzəştli bank kartı ilə satışından danışdılar. Halbuki saytda komissiya məsələsi saytın başqa səhifəsində yerləşdirilmişdi, yəni “müraciət et” bölməsinə tıkladıqdan sonra bu haqda məlumat üzə çıxır. Kartla bağlı məlumat isə elanın alt hissəsində "və ya"dan sonra yazılmışdı. Yəni bu da olar, digəri də. Xüsusi qeyd yox idi. Komissiya haqda isə "ola bilər" yazısı vardı, yəni ehtimaldır, dəqiq deyil.

Mən naxoş halımla, taksi ilə tələsik mağazaya getdim, məlum oldu ki, saytdakı elan tamamilə marketinq fırıldağıdır. Bilsəydim, heç olmasa bankdan güzəştli kart alıb gedərdim. Bütün əsəblərim tarıma çəkildi, hələ mənimlə cahil kimi davranıb və "püf" edərək reaksiya vermələri ilə hörmətsizlik etmələrindən də qalmadılar. Bir sözlə hər rəftarları ilə müştərini haqsız duruma salmağa çalışırdılar. Əsas məqsəd yalnız müştərini mağazaya gətirmək, qalanı isə nə olar-olar prinsipidir”,-deyə şikayətçi bildirir.

Qeyd edək ki, reklam fırıldağına görə müxtəlif məşhur mağaza şəbəkələri ilə müştərilər arasında dəfələrlə ciddi mübahisələr yaşanıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »