Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml vəziyyətdən çıxmaq üçün yollar axtarır: Putinə yalançı "qələbə hekayəsi" lazımdır
Kreml vəziyyətdən çıxmaq üçün yollar axtarır: Putinə yalançı "qələbə hekayəsi" lazımdır

Rusiya bir neçə gündə Ukrayna torpaqlarını işğal edəcəyini, müharibənin öz lehinə bitəcəyini düşünsə də, qarşılaşdığı mənzərə tamamilə fərqli oldu. Rusiya düşünmədiyi və ya düşünüb inanmadığı qədər müqavimətlə qarşılaşdı.

Hazırda bütün dünyanın gözü bu müharibədədir və hər kəs sonunun necə olacağını maraqla gözləyir. Son vaxtlar üstünlük təşkil edən yanaşmalardan biri budur ki, Rusiya qalib gələ bilməsə də, özünü qalib kimi təqdim edə biləcəyi bir ssenari axtarır. Hətta belə fikirlər səslənir ki, vasitəçi tərəflər də indi Putin üçün bir "qələbə hekayəsi" uydurmağı düşünürlər, əks halda Kremlin dayanması hakimiyyətin itirilməsi demək olacaq.

Siyasi şərhçi Turan Rzayev Bizimyol.info saytına açıqlama verərək, müharibənin gedişatı və nəticəsi ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, Ukrayna Rusiya müharibəsinin necə bitəcəyi hələ ki məlum deyil. Çünki Ukraynanın mövcud xəritəsinə baxdıqda 20 faiz ərazsinin Rusiya tərəfindən işğal edildiyini görürük, amma bununla belə müqavimət davam edir, qərbin Rusiyaya iqtisadi sanksiyaları davam edir.

Turan Rzayev Turan Rzayev

“Ukraynaya iqtisadi və hərbi dəstək var. Bu dəstək nəticəsində Ukrayna ordusu Rusiyaya qarşı müqavimət göstərir və müharibə uzanır. Müharibənin uzanması mövcud iqtisadi sanksiyalarla birlikdə Rusiyanın iqtisadiyyatına da ciddi zərbələr vurur”.

Siyasi şərhçinin sözlərinə görə, prosesin bu məcrada getməsi tərəflərin gec-tez danışıqlar masasına əyləşəcəyindən xəbər verir.

“Hətta ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov da bəznər açıqlama verdi. Əslində bu, Rusiyanın Türiyə vasitəsi ilə tərəflər arasında uzlaşmaya getmək işartılarını, ilkin siqnallarını göstərir.

Kreml də mövcud vəziyyətin fərqindədir və maksimum dərəcədə naliyyətlə prosesi yekunlaşdırmaq istəyir. Proses neytral, yəni tərəflərarası balansla bitsə belə bu, Rusiya üçün kifayət qədər zərbə deməkdir. Çünki mövcud sanksiyalar, daxildəki narazılığın artması mövcud iqtidar üçün problem yarada bilər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »