Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avro-4 standartına uyğun olmayan avtomobillər qadağan edilsə, böyük problemlə üzləşərik"
"Avro-4 standartına uyğun olmayan avtomobillər qadağan edilsə, böyük problemlə üzləşərik"

2014-cü ilin aprel ayından Azərbaycan Avro-4 standartlarına keçib. Və bundan sonra ölkəyə bu standartlara uyğun olmayan avtomobilıərin gətirilməsi, mərhələli şəkildə qadağan edilib. Amma buna baxmayaraq, hələ də Azərbaycanda bu standartlara cavab verməyən avtomobillər var.

Avro-4 ekoloji standartlarına cavab verməyən avtomobillərlə bağlı daim reydlər keçirilir, sürücülər cərimə edilir və onlar qarşısına avtomobillərdə olan nasazlıqların aradan qaldırılması ilə bağlı şərtlər qoyulur. Ancaq belə avtomobillərin ölkədə istimarına qadağa qoyulmayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, benzin və ya dizel yanacağı ilə işləyən avtomobillər atmosferi çirkləndirir. Bu səbəbdən də dünyada ekoloji standartlar tətbiq edilib. Belə avtomobillərə xüsusi qurğular katalizatorlar quraşdırılır. Bu katalizatorlar həmin mühərrikdən yanacağın işlədiyi dövrdə yaranan zərərli qazların miqdarını və atmosferə verdiyi zərəri azaltsın.

Eldəniz Cəfər Eldəniz Cəfər

Avtomobillərdən atmosferə atılan əsas zərərli qaz CO2-dir. Avtomobil nəqliyyatında CO2 daha çox atmosferə zərər vurur. Bu səbəbdən də dünyada, xüsusən Avropa İttifaqı ölkələrində ekoloji standart; Avro 4, Avro5 və Avro 6 standartlarıdır.

Mütəxəssis bildirir ki, Azərbaycana Avro-4 standartı tətbiq edilib. Belə ki, Avro-4 standartlarına cavab verməyən avtomobillərin ölkəyə idxalı qadağandır. Avro-4 standartlarıan cavab verən avtomobillər Avropa ölkələrində 2005-ci il, Birləşmiş Ştatlar və Koreyada 2006-cı il, Yaponiyada və Rusiyada 2010, Çində 2012-ci ildən sonra istehsal edilən avtomobillərdir. Yəni bu avtomobillər ekoloji standartlara uyğun gəlir.

“Amma Avropada artıq Avro-5 standartları tətbiq edilir. Köhnə, sovet dövründə istehsal olunan avtomobillər heç bir ekoloji standartlara cavab vermir. Bu səbəbdən də onlar daha çox ətraf mühitə zərər vuran avtomobillər hesab edilir. Eyni zamanda ABŞ, Yaponiya və yaxud Avropa ölkələrində 70-90-cı illərdə istehsal edilən avtomobillər də atmosferə zərər vurur”,- deyən ekspert vurğulayıb ki, bu avtomobillərin ölkəyə gətirilməsi qadağan edilsə də, hələ də ölkədə belə avtomobillər istismar olunur.

E.Cəfərin fikrincə, yaxın zamanlarda utilizasiya proqramı işə düşdükdən sonra atmosferi zərərli qazlarla çirkləndirən belə avtomobillər utilizasiya ediləcək. Və bundan sonra ölkədə ekoloji vəziyyət daha da yaxşılaşacaq. Atmosferə zərər verən və Avro-4 standartlarına uyğun olmayan avtomobillər cərimə edilən zaman, onlar qarşısında şərt qoyulur ki, avtomobildə olan nasazlıqlar aradan qaldırılsın. Ekspert bildirir ki, ancaq Azərbaycanda Avro-4 standartlarına cavab verməyən avtomobillərin istismarının qadağan edilməsi ilə bağlı hərhansı qərar və ya qanun yoxdur.

“Azərbaycanda sadəcə belə avtomobillərin ölkəyə gətirilməməsi ilə bağlı qərar var. Ölkə daxilində Avro-4 satndartlaırna uyğun olmayan avtomobillərin istismarı ilə bağlı qərar qəbul edilsə, biz böyük problemlərlə üzləşərik. Nəqliyyatda böyük bir çaxnaşma yarana bilər. Çünki belə bir qərar olsa, nə yük maşınları, nə sərnişindaşıma, nə də fərdi avtomobillər hərəkət etməməlidir. Ancaq bu proses müəyyən mərhələlərlə həyata keçirilə bilər” - deyə ekspert bildirib. Onun sözlərinə görə, ölkəyə atmosferə zərər vuran avtomobillərin gətirilməsinə qadağa ilə yanaşı, ekoloji sistemə zərər vurmayan ekoloji təmiz avtomobillərin stimullaşdırılması ilə bağlı dövlət müəyyən addımlar atır. Belə ki, bu ilin yanvar ayının 1-dən ölkəyə idxal edilən ekoloji təmiz avtomobillər olan hibrid və elektromobillərə tətbiq edilən ƏDV ləğv edilib. Yeni ekoloji təmiz avtomobillər gətirlən zaman ƏDV tutulmur. Buna görə də belə avtobillərin qiyməti ucuzlaşıb.

“Ölkə daxilində bu avtomobillərin əlçatan olması üçün müəyyən addımlar atılmalıdır. Belə olarsa, ölkədə ekoloji təmiz avtomobillərin istismarı artar. Bu addımlar isə ekoloji təmiz avtomobillərə tətbiq edilən kredit şərtlərinin sadələşdirilməsidir. Kredit şərtləri sadələşdirilsə də, istifadə edənlərin də sayı artacaq”,- deyə E.Cəfər bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »