Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən Müharibəsi qazisi parklarda gecələyir: “Bir ildir yollarda qoyublar məni” - Foto
Vətən Müharibəsi qazisi parklarda gecələyir: “Bir ildir yollarda qoyublar məni” - Foto

İkinci Qarabağ Müharibəsi qazisi Sədi Sahib oğlu Cəfərovun köçələrdə gecələməsi ilə bağlı məlumat yayılıb.

Bizimyol.info məsələni dəqiqləşdirmək üçün Sədi Sahib oğlu Cəfərovla ilə əlaqə saxlayıb. Vəziyyətə aydınlıq gətirən qazi bildirib ki, 3-cü qrup əlillik dərəcəsinin təsdiqlənməsi üçün yaşadığı Ağcəbədi rayonunda ailəsini, övladlarını tək qoyub Bakıya gəlib. Lakin günlərdir ki, məsələ öz həllini tapmadığı və o, kirayə haqqını ödəyə bilmədiyi üçün küçədə gecələməli olub.

“ 30 yaşım var. Bircə balamı gözümün qabağına alıb İkinci Qarabağ Müharibəsində könüllü olaraq iştirak etmişəm. Döyüşlərdə qolumdan və ayağımdan qəlpə yarası almışam. Hava bir az soyuq olan kimi məni çox incidir, sızıldayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə imtina verir. Əlilliyimi təsdiqləmirlər.

Bir ildən çoxdur ki, bu yollarda məni süründürürlər. Artıq kirayə pulunu da verə bilmirəm. Qalmışam küçələrdə. Hər yerə müraciət etmişəm, amma baxan yoxdur. Tək istədiyim odur ki, əlilliyimi bərpa etsinlər və mən dərmanlarımı ala bilim.

Məşğulluq idarəsində də 2020-ci ildən növbəyə durmuşam. Heç bir xəbər yoxdur. Axı Allah göydən baxır? Niyə döyüşçüyə bu formada hörmətsizlik edilir”?

Qarabağ Müharibəsi qazisi Sədi Sahib oğlu Cəfərov köçələrdə gecələyir Qarabağ Müharibəsi qazisi Sədi Sahib oğlu Cəfərov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu.

Az sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizimyol.info-ya verilən açıqlamada bildirilir ki, məsələ araşdırılır və nəticəsi barədə açıqlama veriləcək.

Leyla Mirzə, Bizimyol.info

P.S. Ümid edək ki, Nazirlik rəsmiləri öz bahalı evlərində bahalı yataqlarından qalxıb harın övladları ilə dəbdəbəli səhər yeməyinin ardından öz bahalı maşınları ilə işə gələndən sonra həm də onlar və onların ailə üzvləri uğrunda döyüşmüş qazinin problemini də yada salacaqlar. Bu igidləri Vətəni müdafiə etdiklərinə görə peşman etməyin! 3 tərəfdən düşmən ölkələrlə mühasirəyə alınmışıq - qorxaq, amma harın həyatınızı davam etdirmək üçün belə oğulların cəsarətinə yenə də ehtiyacınız olacaq.

Son xəbərlər
Bütün xəbərlər »