Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Rusiya və Ukrayna nümayəndələrinə: Dünya sizdən şad xəbərlər gözləyir - Video
Ərdoğan Rusiya və Ukrayna nümayəndələrinə: Dünya sizdən şad xəbərlər gözləyir - Video

“Ölkənizdə sülh və əminamanlığın bərpası üçün məsuliyyəti öz üzərimizə götürməkdən çəkinmirik”.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçedə Rusiya və Ukrayna ilə üzbəüz danışıqlara gəlmiş nümayəndə heyətlərinə müraciət edərkən deyib.

"Türkiyəyə və İstanbulumuza xoş gəldiniz. Sizi belə kritik bir zamanda qonaq etməkdən məmnunuq.

Siz ölkələrinizin naminə böyük səylər göstərmisiniz. Mən də öz adımdan və millətim adından sizə uğurlar arzulayıram. Münaqişələr sizin dostunuz və qonşunuz olaraq bizi çox üzür. Böhran başlayandan bəri biz bütün səviyyələrdə səmimi səylər göstərmişik. Dostluğun, qonşuluğun, insani yaxınlığın, qanunun tələblərini yerinə yetirməyə çalışdıq. Biz söz sahibi olduğumuz bütün platformalarda hər iki tərəfin hüquqlarını qoruyan və onlara əməl edən ədalətli yanaşma nümayiş etdirmişik. Bölgəsində çoxlu əzabların şahidi olmuş bir ölkə olaraq Qara dənizin şimalında oxşar mənzərənin yaranmaması üçün çalışdıq və mübarizə apardıq. İnanırıq ki, ədalətli sülhdə uduzanlar olmayacaq. Faciənin qarşısını almaq tərəflərin öhdəsindədir. Tezliklə sülh tapmaq hər kəsin xeyrinə olardı. Hesab edirik ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə daxil olmuşuq. Dünya sizdən şad xəbərlər və xoş xəbərlər gözləyir. İşinizi asanlaşdıracaq istənilən töhfəyə hazırıq", - deyə Türkiyə prezidenti bildirib.

R.T.Ərdoğan qeyd edib ki, bu çıxışdan sonra o, Daşkəndə yola düşəcək: "Bununla belə, mən xarici işlər nazirimi İstanbula qalmasına razılıq vermişəm ki, ehtiyacınız olarsa, dəstək verəsin. Bilirəm ki, siz sülhü bərpa etmək üçün təşəbbüs göstərməkdən çəkinməyəcəksiniz. Bizim danışıqlarda vasitəçilik rolumuz yoxdur. Danışıqlarda əldə edəcəyiniz irəliləyiş həm də növbəti mərhələyə, liderlər səviyyəsində təmaslara şərait yaradacaq. Biz də belə bir görüşü keçirməyə, buna ev sahibliyi etməyə hazırıq", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »