Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya bəzi qiymətli malların Rusiyaya ixracını qadağan edir
Yaponiya bəzi qiymətli malların Rusiyaya ixracını qadağan edir

Aprelin 5-dən Yaponiya Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyur.

Bizimyol.info xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda bildirib.

"Hökumət Rusiyaya lüks malların, o cümlədən premium markalı avtomobillərin, qiymətli daşların, zinət əşyalarının ixracına qadağa qoymaq qərarına gəlib. Qadağa aprelin 5-dən qüvvəyə minir". Nazirin sözlərinə görə, onun ölkəsi beynəlxalq ictimaiyyətlə, ilk növbədə, “Yeddilik” qrupu ilə Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı anti-Rusiya sanksiyaları məsələsində sıx koordinasiyanı davam etdirəcək.

Şöbənin tərtib etdiyi siyahıya ümumilikdə 20-dən çox məhsul daxildir. Siyahıya alkoqollu içkilər, tütün məmulatları, ətriyyat, kosmetika, dəri və xəz məmulatları, geyim, ayaqqabı, papaq, xalça, zərgərlik və keramika, şüşə qablar, dalğıc ləvazimatları, avtomobil və motosikletlər, noutbuklar, saatlar (qiymətli metallardan istifadə edilən modellər), royallar, təsviri incəsənət, əntiq əşyalar daxildir.

2021-ci ildə Yaponiyanın Rusiyaya ixracının həcmi pul ifadəsində 862,4 milyard yen (6,9 milyard dollar) təşkil edib. Bu rəqəmin yarıdan çoxu avtomobil və ehtiyat hissələrinin payına düşüb.

Yaponiya daha əvvəl Ukraynada hərbi əməliyyatlara görə Rusiya Federasiyasına qarşı bir neçə məhdudiyyət paketi qəbul edib. 100-dən çox şəxs, o cümlədən ölkə rəhbərliyinin nümayəndələri, məmurlar və iş adamları fərdi sanksiyalara məruz qalıb. İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 300 adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı daxildir. Bundan əlavə, Yaponiya Otkritie Bank, Novikombank, Sovcombank, VTB, Rossiya Bank, Promsvyazbank və VEB.RF-nin aktivlərini dondurub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »