Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron bu gün Putinlə danışmağı planlaşdırır
Makron bu gün Putinlə danışmağı planlaşdırır

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə bu gün - martın 29-da yeni telefon danışığını aparmaq niyyətində olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata bazar ertəsi Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Lejandre məlumat verib.

“Prezident Makron çərşənbə axşamı Vladimir Putinlə yenidən danışmağı planlaşdırır”, o, BFM televiziya kanalında deyib. Legendre qeyd edib ki, Ukrayna sərhədləri ətrafında gərginlik yaranandan sonra Fransa lideri Rusiya prezidenti ilə bu məsələlər barədə artıq bir neçə dəfə uzun-uzadı söhbətlər aparıb: "Fransa bu kanalı dialoq üçün açıq saxlamaq niyyətindədir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, qarşıdakı söhbət zamanı Makron Putinlə Yunanıstan və Türkiyənin iştirakı ilə insanların Mariupoldan çıxarılması üçün planlaşdırılan humanitar əməliyyatın təfərrüatlarını da müzakirə etmək istəyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dost olmayan ölkələrə qarşı planlaşdırılan cavab viza tədbirləri çərçivəsindəki bəyanatı ilə bağlı sualları cavablandıran Legendre qeyd edib ki, Aİ-nin bütün ölkələri Moskvanın "dost olmayan ölkələr" siyahısına daxildir: "Hazırda biz bilmirik ki, Rusiya praktikada buna necə yanaşacaq. Bu, Rusiyanın elan etdiyi əks tədbirlərdən biri ola bilər", - deyə bildirib.

Makron rusiyalı həmkarı ilə danışıqlar aparmaq üçün fevralın 7-də Moskvaya səfər etdi. Ertəsi gün Fransa lideri Kiyevə səfər etmişdi. Moskvadakı dialoqdan sonra Makron və Putin arasında müntəzəm olaraq telefon danışığı olub. Bundan əvvəlki telefon danışığı martın 22-də baş tutub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »