Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Bizə qarşı iqtisadi müharibə aparırlar
Peskov: Bizə qarşı iqtisadi müharibə aparırlar

Rusiya xeyriyyəçiliklə məşğul olmaq və Avropanı öz təbii qazını pulsuz təmin etmək niyyətində deyil, Moskva Aİ-nin bu cür tədarüklərin pulunu rublla ödəməkdən imtina edəcəyi təqdirdə vəziyyəti öyrənəcək və əlavə qərarlar qəbul edəcək.

Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi Amerikanın PBS teleşirkətinin efirində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Onlar bu fürsəti rədd edəndə nə baş verəcək, bilmirəm. Yekun qərarı öyrənən kimi nələrin edilə biləcəyini öyrənəcəyik. Lakin bununla bağlı xeyriyyəçiliklə məşğul olmaq, qazı Qərbi Avropaya pulsuz göndəringöndərmək niyyətində deyilik”, - Rusiya liderinin rəsmi nümayəndəsi Qərb ölkələrinin mavi yanacağın tədarükü üçün rublla ödəməyə hazırlaşmayacaqları barədə bəyanatlarını şərh edərkən bildirib.

"Ödəniş yoxdursa - qaz da yoxdur", - deyə Peskov xəbərdarlıq edib.

O, həmçinin vurğulayıb ki, Aİ-nin Rusiya qazının alınmasını mərhələli şəkildə dayandırması ideyasının təşəbbüskarı Moskva deyil. Peskov uzun müddət Rusiya qazının əsas alıcılarından biri olan Almaniya və bir sıra digər dövlətlərin indi bu barədə danışdıqlarına münasibət bildirərkən: “Əlbəttə, biz bunu reallıqda görmək istəməzdik”, - deyib.

“Təəssüf ki, bu şərtlər tamamilə qeyri-dost münasibətlər yaradır”, - Rusiya liderinin sözçüsü Qərbin Moskvaya qarşı tətbiq etdiyi müxtəlif sanksiyaları şərh edərkən deyib.

“Biz total müharibənin mərhələsinə daxil olduq. Qərbi Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya faktiki olaraq bizə qarşı ticarətdə, iqtisadiyyatda müharibə aparır, əmlakımızı zəbt edir, pulumuzu ələ keçirir, maliyyə əlaqələrimizi əngəlləyir, biz Rusiyada özümüzə qarşı müharibəni hiss edirik. Biz də yeni reallığa uyğunlaşmalıyıq”, - deyə Peskov bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »